“And olsun Allaha zurna olmasa…” – Gəlin inad etdi

0
707

Türkiyənin Bursa vilayətindəki Nilufer rayonunda yaşayan 27 yaşlı Mesut Altay ilə 19 yaşlı Emine Mermutun toyunda az qala qalmaqal yaranacaqdı.

Toya zurnaçı və nağaraçı gətirməyi unudan bəy pərt olub. Gəlin inad edib: “Zurna, nağara olmasa, evdən eşiyə çıxmayacağam”, – deyib.

Naçar qalmış Mesut Altayla valideynləri, qohumları və qonaqlar zurnaçı ilə nağaraçı gələnədək həyətdə 3 saat gözləməli olublar.

Özlüce məhəlləsinə gəlinin arxasınca yollanan Altay ailəsi problemlə qarşılaşıblar.

Onlar gəlini götürmək üçün Mermut ailəsinin yaşadığı mənzilin olduğu mərtəbəyə qalxanda gəlinin anası, 35 yaşlı Bilge Mermut hirslənib: “Bu binada 100 mənzil var. Binadan hələ heç bir gəlin zurna, nağara olmadan çıxmayıb. Məni yeniyetmə olanda qaçırdılar. Qızımın toyunun yaxşı keçməsini istəyirəm. Buraya zurna-nağara ilə gəlin”.

Anasının sözlərindən emosiyalara qapılan gəlin Emine Mermut da inadkarlıq edib: “Zurnaçı ilə nağaraçı gəlməsə, çölə çıxan deyiləm!”

Biçarə bəy: “İndi zurnaçı ilə nağaraçını haradan tapım?! Axşam toya çağıraram”, – desə də, gəlin fikrindən dönməyib: “Evin tək qızıyam! Zurnaçı ilə nağaraçını gətir, məni apar. Vəssalam!”

27 yaşlı təzə bəy Məsut Altayın ailə üzvləri zurnaçı ilə nağaraçı axtarmağa başlayıblar. 3 saat davam edən axtarışlar axırda uğurla başa çatıb. (milli.az)

BIR CAVAB BURAXIN