Anar Nağılbaz həyat yoldaşını rüsvay etdi-video

0
1921

Bir müddət əvvəl intim videosu ilə medianın gündəmi alt0üstü edən Anar Nağılbaz yeni sensassion açıqlamalar verib.

Xəzər Tv-də yayımlanan “Xəzər maqazin” verilişinə gələn reper həyat yoldaşı ilə bağlı bunları deyib: “Görüntü çəkiləndən 1 gün qabaq uşaqlar 5 gün mənim yanımda olublar. Hər nə deyirsə, onların hamısı əksinədir.”

Nağılbaz veriliş əməkdaşlarını ailəsinə yardım etdiyinə inandırmağa çalışsa da, müxbirin onun övladına zəng vurması reperi pis vəziyyətdə qoyub. Belə ki, Anar Nağılbazın oğlu atasının onlarla maraqlanmadığı bildirib. Bunu görən Nağılbaz hətta övladlarını belə yalançı çıxarmağa çalışıb. Bunun da işə yaramadığı görən reper həyat yoldaşının səs yazısını çəkiliş əməkdaşlarına dinlədib. Səs yazılarından qadının onu hədələdiyi görülüb. Reperin həyat yoldaşı onların sevərək evləndiyini açıqlasa da, Nağılbazın səsləndirdiyi fikirlər hər kəsi şoka salıb. Belə ki, reper həyat yoldaşını sevmədiyini, cadu edilərək evləndirildiyini açıqlayıb: “Mənim üçün heç vaxt qız qəhət olmayıb. Onu sadəcə kənd qızı və 10 yaş kiçik olduğu üçün almışam”.

Bu sensassion açıqlama ilə bağlı da danışan reperin keçmiş həyat yoldaşı Anjelika bildirib ki, Anarın sevdiyini iddia etdiyi xanım onun birinci nişanlısı olub: “Lakin mənə həmin xanımı sevmədiyini deyib. O mənə dəfələrlə demişdi ki, o xanımla sevmir sadəcə, onunla imkanına görə evlənir.

Qeyd edək ki, Anar Nağılbazın ailəsinin yaşadığı şərait görənləri şoka salıb.

BIR CAVAB BURAXIN