Anar da Rüstəm Behrudinin istefasından danışdı

0
555

“Rüstəm Behrudi tələskənlik edib”.

Bu sözləri musavat.com-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar şair Rüstəm Behrudinin sözügedən qurumdan istefa bəyanatına münasibət bildirərkən deyib. AYB sədrinin sözlərinə görə, tələsməyə ehtiyac yox idi: “Təbrik də olacaq, tədbir də. Sadəcə indi Yazıçılar Birliyinin binası təmirdədir.

Üstəgəl, qurumda böyük əksəriyyət məzuniyyətdədir. Təmir bitib, hamı məzniyyədən qayıdandan sonra onun ad gününü təbii ki, qeyd edərik”.

Anar R.Behrudini istedadlı şair adlandırıb və deyib ki, o, olduqca tələsik qərar verib. “Bəlkə reklam, piar üçündür” deyə versiya yürüdən AYB sədri daha sonra vurğylayıb: “Amma belə piar əsl şairə yaraşmaz. Rüstəm isə əsl şairdir”.

*   *   *19:43

Azərbaycan Yazıçılar Birliyi şair Rüstəm Behrudinin istefasına münasibət bildirib.

Birliyin katibi, xalq şairi Fikrət Qoca aznews.az-a onun istefasından xəbərsiz olduğunu bildirib: “Neyləyək? Ayrılır ayrılsın da… Yazıçılar Birliyi bir cəmiyyətdir. Gələn gəlir, gedən də gedir. Gedəni saxlamaq olmaz. Rüstəm Behrudi çox istedadlıdır, biz ondan razıyıq. O, ittifaqa ömrü boyu 3 dəfə gəlib, gedib qapısını kəsdirməliyik? Bəlkə Anar gedib soruşmalıdır ki, nə lazımdır? Gəldiyi kimi də gedir”.

F.Qoca R.Behrudiyə uğurlar da arzulayıb: “İşi uğurlu olsun. Bəlkə başqa qurum tapıb gedib ora üzv olacaq!?”.

*   *   *16:34

Şair Rüstəm Behrudi Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlüyündən çıxıb.

R.Behrudi bu barədə “Facebook” səhifəsində yazıb. Şair bildirib ki, AYB-nin ədəbi orqanlarında bircə dəfə də olsun doğum günlərində adı çəkilməyib. “Mən az qala 30 ilə yaxındır ki, əvvəllər SSRİ Yazıçılar İttifaqının, sonradan Azərbaycan Yazıçılar birliyinin üzvü oldum. Tanrı şahiddir ki, o təşkilatdan heç bir umacağım olmadı. AYB-nin ədəbi orqanları bircə dəfə də olsun, doğum günlərində adımı çəkməyib. Niyə?! Görəsən şeirləri Türk dünyasında dillər əzbəri olan bir şairə bu cür münasibət hardan qaynaqlanır? Bir quruca təbrikə nə deyirsiniz, əfəndilər? AYB üzv olmaq məsuliyyətindən özümü bu gündən qurtarmış hesab eləyirəm” – deyə, şair qeyd edib. (APA)

BIR CAVAB BURAXIN