Amerka kuboku uğrunda mübarizədə həlledici mərhələ başlayır

0
347

Amerka kuboku uğrunda mübarizədə həlledici mərhələ başlayır

 

Amerika Kuboku – 2016-da qrup mərhələsi başa çatmaq üzrədi. Dünən səhər C qrupunda III turun görüşləri baş tutub.

Formal xarakter daşıyan Uruqvay – Yamayka matçı birincilərin böyük hesablı qələbəsi ilə nəticələnib. Eyni xala malik Meksika ilə Venesuela isə öz aralarında qrup birincisini müəyyən etməli idilər. Sona 10 dəqiqə qalmış məğlubiyyətdən qurtulan Meksika millisi lider, Venesuela isə ikinci kimi 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, hələ yarışlar başlamazadan öncə bu qrupda  Meksika və Uruqvayın növbəti mərhələyə çıxmaq imkanları daha yüksək qiymətləndirilirdi. Lakin Venesuela komandasının ilk oyunda Yamaykaya minimal hesabla qalib gəlməsindən sonra ikinci yerin taleyinin Uruqvayla oyunun nəticəsindən asılı olacağı məlum oldu. Çoxlarının gözləmədiyi halda Venesuela Uruqvaya 1:0 hesabı ilə qalib gələrək vaxtından əvvəl növbəti mərhələyə vəsiqəni özü üçün təmin etmiş oldu. İlk oyunda Uruqvaya böyük hesabla (4:1) qalib gələn  Meksika yığması isə ikinci oyunda Yamaykanı 2:0 hesabı ilə məğlub edərək qrup lideri kimi növbəti mərhələyə adladı. Birinci və ikinci yerin sahibləəri ( Meksika və Venesuela) arasında oyun  isə qeyd etdiyimiz kimi sülhlə başa çatdı

Meksika növbəti mərhələdə D qrupunun ikincisi, Venesuela isə lideri ilə üz-üzə gələcək.

D qrupunda son turun qarşılaşmaları sabah keçiriləcək. Öncə Çili Panamanı (Bakı vaxtı ilə saat 04:00), ardından isə Argentina Boliviyanı (06:00) sınağa çəkəcək.

 

 

Amerika Kuboku – 2016

Qrup mərhələsi

C qrupu, III tur

 

Meksika – Venesuela – 1:1

Qollar: Korona, 80 – Velaskes, 10

 

Uruqvay – Yamayka – 3:0

Qollar: Abel Ernandes, 21; Uotson, 66 (avtoqol); Karuxo, 88

 

  1. Meksika 3              2              1              0              6-2          7
  2. Venesuela 3              2              1              0              3-1          7
  3. Uruqvay 3 1              0              2              4-4          3
  4. Yamayka 3              0              0              3              0-6          0

 

A qrupunda Kolumbiya iki oyundan 6 xal toplayaraq növbəti mərhələyə faktiki olaraq vəsiqəni özü üçün təmin etmişdi. Bu qrupda III tur ərəfəsində ikinci yerdə gedən ABŞ ığmasının 3 xalı vardı. Növbəti mərhələyə vəsiqə  qazanmaq üçün ABŞ yığması hökmən meydanı qələbə ilə tərk etməli idi. Belə də oldu. ABŞ III turda Paraqvaya 1:0 hesabı ilə qalib gələrək 6 xal topladı və bununlada turnir cədvəlində liderliyi ələ keçirmiş oldu. Hələ ötən turdan növbəti mərhələyə vəsiqəni özü üçün təmin edən Kolumbiya isə III turda Kosta-Rikaya 2:3hesabı ilə məğlub olub. Bununla belə Kolumbiya da ABŞ-kimi növbəti mərhələyə adlamış olub.

 

 

B qrupunda 3-cü turun oyunları keçirilib. Braziliya gözlənilmədən Peruya məğlub olub – 0:1. Bu məğlubiyyət Dunqanın yetirmələrinə mübarizəni dayandırmaq bahasına başa gəlib.

Qrupun digər oyununda Ekvador Haiti ilə qarşılaşıb. Braziliyanın məğlubiyyətindən maksimum yararlanan Ekvador rəqibini darmadağın edərək, növbəti mərhələyə vəsiqə qazanıb – 4:0.

 

D qrupunda Argentina növbəti mərhələdə

D qrupunda əsas favorit Argentina hesab edilirdi. Argentina olan ümidləri doğruldub. Yarışlara D qrupunda başlayan Argentina yığması ilk turda Çili komandasına 2:1 hesabı ilə qalib gəliblər. Növbəti turda Panamanı sınağa çəkən argentinalılar bu dəfə özlərindən daha zəif rəqiblə oyunda məsuldar futbol nümayiş etdiriblər. İlk dəqiqələrdən üstünlüyü ələ alan Argenitina yığması oyunun 7-ci dəqiqəsində Otamendinin vurduğu gözəl qolla hesabı açıb. Hesabın tez açılmasından şoka düşən panamalıların uzun müddət rəqibin qarşısında tab gətirə bilməyəcəyi gözlənilirdi. Bununla belə Panama yığması birinci hissədə sonadək müdafiə olunaraq hesabın artmasına imkan vermədi. Argentina komandasının aramsız hücumları hər dəfə müdafiəçilərin və qapıçının səyləəri nəticəsində boşa çıxırdı. İkinci hissədə də oyuna fəal başlayan argentinalılar bununla belə son anlarda hücumu uğurla başa çatdırmaqda çətinlik çəkirdilər. Bunu görən baş məşqçi Fernanadesin yerinə 61-ci dəqiqədə oyuna Messini buraxmağa məcbur oldu. Messinin oyuna girməsindən sonra Argentina yığmasının oyunu daha təhlükəsi xarakter almağa başladı. Oyunun 68-cu dəqiqəsində Messi hesab arasındakı fərqi iki topa çatdıraraq komandasının iri hesablı qələbəsinin əsasını qoydu. Oyunun 79-cu dəqiqəsində rəqib qapısına təyin edilən cərimə zərbsini Messi dəqiqliklə yerinə yetirərək özünün ikinci, komandasının isə üçüncü topunu vurdu. Bundan sonra da hücumları davam etdirən argentinalılar növbəti dəfə rəqib qapısına oyunun 87-ci dəqiqəsində yol tapdılar. Rəqib meydanında topu ələ keçirən Messi Baloyanı aldadaraq topu tora göndərdi. Bununla da Messi bir oyunda xet-trikə imza atmış oldu. Oyunda son nöqtəni isə Aquero qoydu. Onun oyunun 90-cı dəqiqəsində başla vurudğu qolla Argentina Panama üzərində 5:0 hesabı ilə qalib gəldi. 2 oyundan sonra 6 xalla turnir cədvəilnə başçılıq edən Argentinanın atrtıq növbəti mərhələyə vəsiqəni özü üçün təmin edib. Argentina bu turda özü üçün formal olan oyunda Boliviyanı sınağa çəkəcək

 

D qrupunda Çili-Boliviya oyunu da olduqca maraqlı keçdi. Birinci turda Argentina yığmasına 1:2 hesabı ilə məğlub olan Çili komandasına Boliviya üzərində qələbə hava və su kimi lazım idi. Çünki ancaq bu oyunda qələbə Çiliyə növbəti mərhələyə çıxmaq ümidləri verəcəkdi. Boliviya Çili ilə müqayisədə zəif rəqib hesab edilsə də Amerika kubokunun hazırki sahibinin  birinci hissədə oyunu heç cür alınmadı. Bununla belə ikinci hissənin 46-cı dəqiqəsində Vidal hesabı açaraq komandasını irəli çıxardı. Belə görünürdü ki, bundan sonra Çili asanlıqla rəqibini məşlub edəcək. Lakib belə olmadı. Oyunun 58-ci dəqiqəsində Kastronu əvəz edən Jasmani Kampos bundan 3 dəqiqə sonra çililəri şoka saldı. O, oyunun 61-ci dəqiqəsində cərimə zərbəsindən olduqca gözəl qolla hesabı bərabərləşdirdi. Bundan sonra hesabda yenidən irəli çıxmaq istəyən Çili komandası bununla belə rəqibinin müdafiəsini yarmaqda çətinlik çəkirdi. Bu oyunun Amerika kubokunun sahibi üçün biabırçı bitməsi gözlənildiyi halda bəxt sonda onların üzünə güldü. Hakim tərəfindən əsas vaxta əlavə edilən 10-cu dəqiqədə əllə oyuna görə hakim Boliviyanın qapısına 11 metrlik zərbə təyin etdi. Vidal bu fürsəti əldən verməyərək özünün və komandasının ikinci topunu rəqib qapısından keçirərək  Çili yığmasının 2:1 hesablı qələbəsini təmin etdi. Bu oyundakı qələbə Çilinin növbəti mərhələyə çıxması üçün imidlərini artırmış oldu. Əgər Çili növbəti mərhələdə Panamaya qalib gələ bilsə, onda qruda ikinci yeri özü üçün təmin etmiş olacaq.

 

 

 

 

Amerika Kubokunda qrup yarışları bu gün başa çatacaq

Qrup mərhələsi

C qrupu, III tur

 

Meksika – Venesuela – 1:1

Qollar: Korona, 80 – Velaskes, 10

 

Uruqvay – Yamayka – 3:0

Qollar: Abel Ernandes, 21; Uotson, 66 (avtoqol); Karuxo, 88

 

  1. Meksika 3              2              1              0              6-2          7
  2. Venesuela 3              2              1              0              3-1          7
  3. Uruqvay 3 1              0              2              4-4          3
  4. Yamayka 3              0              0              3              0-6          0

 

A qrupunda Kolumbiya iki oyundan 6 xal toplayaraq növbəti mərhələyə faktiki olaraq vəsiqəni özü üçün təmin etmişdi. Bu qrupda III tur ərəfəsində ikinci yerdə gedən ABŞ ığmasının 3 xalı vardı. Növbəti mərhələyə vəsiqə  qazanmaq üçün ABŞ yığması hökmən meydanı qələbə ilə tərk etməli idi. Belə də oldu. ABŞ III turda Paraqvaya 1:0 hesabı ilə qalib gələrək 6 xal topladı və bununlada turnir cədvəlində liderliyi ələ keçirmiş oldu. Hələ ötən turdan növbəti mərhələyə vəsiqəni özü üçün təmin edən Kolumbiya isə III turda Kosta-Rikaya 2:3hesabı ilə məğlub olub. Bununla belə Kolumbiya da ABŞ-kimi növbəti mərhələyə adlamış olub.

 

 

B qrupunda 3-cü turun oyunları keçirilib. Braziliya gözlənilmədən Peruya məğlub olub – 0:1. Bu məğlubiyyət Dunqanın yetirmələrinə mübarizəni dayandırmaq bahasına başa gəlib.

Qrupun digər oyununda Ekvador Haiti ilə qarşılaşıb. Braziliyanın məğlubiyyətindən maksimum yararlanan Ekvador rəqibini darmadağın edərək, növbəti mərhələyə vəsiqə qazanıb – 4:0.

 

D qrupunda Argentina növbəti mərhələdə

D qrupunda əsas favorit Argentina hesab edilirdi. Argentina olan ümidləri doğruldub. Yarışlara D qrupunda başlayan Argentina yığması ilk turda Çili komandasına 2:1 hesabı ilə qalib gəliblər. Növbəti turda Panamanı sınağa çəkən argentinalılar bu dəfə özlərindən daha zəif rəqiblə oyunda məsuldar futbol nümayiş etdiriblər. İlk dəqiqələrdən üstünlüyü ələ alan Argenitina yığması oyunun 7-ci dəqiqəsində Otamendinin vurduğu gözəl qolla hesabı açıb. Hesabın tez açılmasından şoka düşən panamalıların uzun müddət rəqibin qarşısında tab gətirə bilməyəcəyi gözlənilirdi. Bununla belə Panama yığması birinci hissədə sonadək müdafiə olunaraq hesabın artmasına imkan vermədi. Argentina komandasının aramsız hücumları hər dəfə müdafiəçilərin və qapıçının səyləəri nəticəsində boşa çıxırdı. İkinci hissədə də oyuna fəal başlayan argentinalılar bununla belə son anlarda hücumu uğurla başa çatdırmaqda çətinlik çəkirdilər. Bunu görən baş məşqçi Fernanadesin yerinə 61-ci dəqiqədə oyuna Messini buraxmağa məcbur oldu. Messinin oyuna girməsindən sonra Argentina yığmasının oyunu daha təhlükəsi xarakter almağa başladı. Oyunun 68-cu dəqiqəsində Messi hesab arasındakı fərqi iki topa çatdıraraq komandasının iri hesablı qələbəsinin əsasını qoydu. Oyunun 79-cu dəqiqəsində rəqib qapısına təyin edilən cərimə zərbsini Messi dəqiqliklə yerinə yetirərək özünün ikinci, komandasının isə üçüncü topunu vurdu. Bundan sonra da hücumları davam etdirən argentinalılar növbəti dəfə rəqib qapısına oyunun 87-ci dəqiqəsində yol tapdılar. Rəqib meydanında topu ələ keçirən Messi Baloyanı aldadaraq topu tora göndərdi. Bununla da Messi bir oyunda xet-trikə imza atmış oldu. Oyunda son nöqtəni isə Aquero qoydu. Onun oyunun 90-cı dəqiqəsində başla vurudğu qolla Argentina Panama üzərində 5:0 hesabı ilə qalib gəldi. 2 oyundan sonra 6 xalla turnir cədvəilnə başçılıq edən Argentinanın atrtıq növbəti mərhələyə vəsiqəni özü üçün təmin edib. Argentina bu turda özü üçün formal olan oyunda Boliviyanı sınağa çəkəcək

 A qrupu
o q h-h m tf x
1 ABŞ 3 2 0 1 5 – 2 6
2 Kolumbiya 3 2 0 1 6 – 4 6
3 Kosta-Rika 3 1 1 1 3 – 6 4
4 Paraqvay 3 0 1 2 1 – 3 1
B qrupu
1 Peru 3 2 1 0 4 – 2 7
2 Ekvador 3 1 2 0 6 – 2 5
3 Braziliya 3 1 1 1 7 – 2 4
4 Haiti 3 0 0 3 1 – 12 0

 

 C qrupu
1 Meksika 3 2 1 0 6 – 2 7
2 Venesuela 3 2 1 0 3 – 1 7
3 Uruqvay 3 1 0 2 4 – 4 3
4 Yamayka 3 0 0 3 0 – 6 0
D qrupu
m
1 Arqentina 2 2 0 0 7 – 1 6
2 Çili 2 1 0 1 3 – 3 3
3 Panama 2 1 0 1 2 – 6 3
4 Boliviya 2 0 0 2 2 – 4 0

KALENDARG

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

2 + 3 =