Amerikalı köşə yazarı:“Amerikanın təcavüz əsri qabaqdadır”

0
590
Amerikalı köşə yazarı:“Amerikanın təcavüz əsri qabaqdadır”

ae

“Boston Globe”-un köşə yazarı, Uotson adına Beynəlxalq münasibətlər institutunun əməkdaşı Stiven Kinzer hesab edir ki, növbəti prezidentin kimliyindən asılı olmayaraq ABŞ dünya arenasında təzavüzkarcasına hərəkət etməyə başlayacaq.

Strateq.az sözügedən nəşrə isnadən xəbər verir ki, analitik yazır: “Obama dönəmini diplomatiyanın qızıl çağı adlandırmaq çətindir, lakin gələcəkdə bizi gözləyənlərlə müqayisədə bu cür görünəcək”.

Politoloqun fikrincə, ABŞ prezidentliyinə namizədlərdən heç biri münaqişələrin həlli üçün diplomatiya və güzəştlərə əl atmağa hazır deyil. O qeyd edir ki, ABŞ bütünlükdə başqa ölkələrə güzəştə getməyə alışmayıb.

Məqalədə deyilir: “Biz daxil olduğumuz istənilən alyansda hökmranlıq edirik. Döyüşməyi bacardığımızdan diplomatik vərdişlərimizə atrofiyaya uğramaq imkanı vermişik. Bu, təhlükəlidir. Çağımızın münaqişələrini hərbi yolla həll etmək çətindir, bacarıqlı diplomatiya tələb olunur”.

Kinzer hesab edir ki, ən yaxın illərdə Amerikanın təhlükəsizliyi Rusiya və Çinlə münasibətlərdən asılı olacaq: “Lakin bu gün münasibətləri qurmağa ABŞ Dövlət Departamenti deyil. Pentaqon cavab verir. Nəticə təhdid, fitnəkar hərbi avantüraya söykənən siyasət  və “göz əvəzinə göz” prinsipi üzrə müdaxilələr olub. Bu cür kursun tərəfdarları düşünmürlər ki, Moskva və Pekin öz maraqlarını müdafiə edir. Onları Amerikanın qüdrətinə meydan oxuyan və qulaqburması vermək gərəkən davakar sayırlar”.

Kinzerin fikrincə, ABŞ prezidentliyinə namizədlər də bu cür düşünürlər: “Əgər iradəmizi başqalarına bənd etməyə gücümüz varsa, deməli, diplomatiya lazım deyil. Lakin bu cür yanaşma halında imperiyalar qısa müddətə inkişaf edir”.

BIR CAVAB BURAXIN