Amerika vətəndaşına Qazaxıstanda “demokratiya” dərsi keçdilər

0
590
Qazaxistanın Pavlodar şəhərində yaşayan ABŞ vətəndaşı gözlənilməz hadisə ilə üzləşib.

Arazinfo.com-un nur.kz-a istinadən verdiyi xəbərə görə hələlik adı açıqlanmayan ABŞ vətəndaşı yerə siqaret kötüyü atmaq üstündə 12 min tenge (təxminən 33-34 dollar) cərimə edilib. ABŞ vətəndaşının bu hərəkəti eyni zamanda xırda xuliqanlıq kimi dəyərləndirilib. Məsələyə münasibət bildirən Pavlodar Vilayət məhkəməsinin mətbuat xidməti rəhbəri Janar Jumatayev: ” 52 yaşlı ABŞ vətəndaşı yaşayış evinin qarşısında yerə siqaret kötüyü atıb. Bununla da o xırda xuliqanlıq edib”,-deyib.

Xatırladaq ki, Qazaxıstan qanunlarına görə yerı siqaret kötüyünün atılmasına görə vətəndaşı 12 min tenge cərimə və ya 10 günlük həbs cəzası gözləyir.

ABŞ vətəndaşının cəriməni ödəyib-ödəmədiyi barədə isə məlumat verilmir.