Almazbek Atambayevin xəstəliyi məlum oldu

0
537

Qırğız Respublikasının prezidenti Almazbek Atambayevin ürəyində aritmiya və həzm sistemində problemlər var.

“Report” Qırğız KİV-ə isitnadən xəbər verir ki, bunu prezidentin mətbuat katibi Almaz Usenov sosial şəbəkədəki səhifəsində yazıb.

O qeyd edib ki, A.Atambayev hazırda Moskvada Rusiya prezidentinin İşlər İdarəsinin Mərkəzi Klinikasında müalicə olunur: “Həkimlər müayinə etdikdən sonra onun ürəyindəki xəstəliyi müalicə ediblər. Hazırda ürək ritmində pozulma halı tamam aradan qaldırılıb”.

Mətbuat katibi bildirib ki, Qırğız Respublikasının prezidenti 2008-ci ildə zəhərləndirildikdən sonra həzm sistemindən Türkiyədə cərrahiyyə əməliyyatı olunub: “Almazbek Atambayev həzm sisteminin proflilaktikası məqsədi ilə endoskopik arqon-plazma ablyasiyası edilib. Həkimlər onun səhhətində əhəmiyətli dərəcədə irəliləyişin olduğunu bildiriblər”.

A.Usenov deyib ki, ölkə prezidenti bu həftənin sonunda xəstəxanadan evə buraxıla bilər.

Xatırladaq ki, Qırğız Respublikasının prezidenti sentyabrın 19-da ürəyindəki problemlərlə əlaqədar Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirakdan imtina edərək, Türkiyənin İzmir əyalətinin Çeşme rayonunda həkim nəzarəti altında istirahət edirdi. Sentyabrın 23-də isə müalicəsinin davam etdirmək üçün o, Moskvaya gedib.

BIR CAVAB BURAXIN