Almaniyada yeni hərbi maşınların çoxu istifadəyə yararsızdır

0
507
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 80

Almaniya müdafiə nazirliyi yeni qalmaqalla üz-üzə qalıb.

Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, buna səbəb orduya daxil edilən yeni hərbi texnikanın hər üçündən birinin yararsız çıxmasıdır. Bununla əlaqədar DPA agentliyinin məlumatında deyilir ki, 2017-ci ildə orduya daxil edilən hər 3 texnikadan biri işə yaramır.

Öz növbəsində Almaniya müdafiə nazirliyinin mətbuat katibi Peter Tauber Bundestaqın deputatı Matiaz Xönün baş verən qalmaqalla bağlı sorğusuna cavabında bildirib ki, ötən il ordunun istifadəsinə daxil edilən 97 yeni hərbi texnikadan yalnız 38-i istifadəyə yararlıdır. Xüsusi ilə “Puma” tipli piyadaların döyüş maşını, Airbus A400M hərbi nəqliyyat təyyarələrinin əksəriyyəti yararsız çıxır. Belə ki, ötən il ordunun sərəncamına verilən 71 “Puma”dan yalnız 27-si istifadəyə yararlı çıxıb. 8 ədəd A400M hərbi nəqliyyat təyyarəsindən 4-ü, 4 qırıcı Eurofighter təyyarəsindən biri, 7 ədəd Eurocopter Tiger maşınından 2-si, 7 çoxfunksiyalı NH90 vertolyotundan 4-nün istifadəyə tam yararsız olduğu məlum olub. Müdafiə nazirliyi orduya təqdim edilən yeni hərbi texnikanın çoxunun yararsız olması ilə bağlı ölkə rəhbərliyi qarşısında məsələ qaldıraraq günahkarların cəzalandırılmasını tələb edib.

Əziz Mustafa

 

 

BIR CAVAB BURAXIN