Almaniyada irimiqyaslı terror aktının qarşısı alınıb

0
522

Almaniya Təhlükəsizlik Xidməti əməkdaşları İŞİD tərəfindən ölkədə keçirilməsi nəzərdə tutulan irimiqyaslı terror aktının qarşısını alıblar.

Mediainfo.az-ın  Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə  Süddeutsche Zeitung и Die Zeit qəzetində gedən yazıda deyilir.

Qəzetin yazdığına görə terrorçular 3 qrup halında Almaniyaya daxil olaraq terror akti həyata keçirməyi planlaşdırmışdılar. Onların əsas hədəfi Almaniyada keçiriləcək musiqi festivalı olacaqdı. Öz növbəsində Almaniya Federal prokurorluğu da ölkədə terror aktının keçiriləcəyindən xəbərləri olduğunu bildirib. Baş prokuror Peter Frank məsələ ilə bağlı deyib ki, onlar terror aktı barədə öncədən xəbər tutmuşdular və hələ bununla bağlı 2016-cı ildə cinayət işi başlatmağa hazır idilər.

Terror aktını 2015-ci ildə Almaniyadan Suriyaya gedərək İŞİD qruplaşmasına qoşulan ər-arvad həyata keçirməli idilər. İslam dinini qəbul edən və Suriyanın Rakki şəhərində  İŞİD-çilərə yardım edən alman qadın  Almaniya kəşfiyyatına xidmət edən qadından  bununla bağlı məsləhət istəyib. Nəticədə terror aktının qarşısı öncədən alınıb.

Əziz Mustafa

 

 

 

 

 

 

BIR CAVAB BURAXIN