Almaniyada anti müsəlman mitinqi

0
666

İslama və müsəlman immiqrantlara qarşı qurulan Vətənsevər Avropalılar Hərakatı (PRGİDA) Almaniyanın Drezden şəhərində aksiya keçirib.

Teleqraf.com xəbər verir ki, PRGİDA-nın aksiyası şəhərin Teatr Meydanında keçirilib və tədbirdə 3 mindən çox insan iştirak edib.

Aksiyada aşırı sağçı Almaniya üçün Alternativ partiyasının deputatlarından Heiko Hessebnkemper və Jens Maierde də iştirak edib.

Aksiyada təhlükəsizliyi 600 polis təmin edib.

Qeyd edək ki, PRGİDA 2014-cü ildə 12 nəfər tərəfindən qurulub və qısa müddətə ətrafına 350 qatı anti islamçı və anti müsəlman toplaya bilib.

Xatırladaq ki, PRGİDA-nın 2015-ci ilin yanvarında təşkil etdiyi aksiyada 25 min insan iştirak edib. Lakin sonradan insanların bu quruma marağı azalmağa başlayıb və yaxın gələcəkdə bu qurumun tədbirlərinə 500-2000 insanın qatılacağı ehtimal olunur.

BIR CAVAB BURAXIN