Almaniya yenidən Avropanın hərbi güc mərkəzinə çevrilir

0
537

 

 

 

Əziz Mustafa

 

Ötən əsrdə iki dəfə I və II Dünya müharibələrində məğlub olan, ancaq hər dəfə də yenidən özündə güc taparaq qüdrətli dövlət imicini bərpa edən Almaniya son illərdə istər iqtisadi, istər siyasi, istərsə də hərbi-strateji baxımdan Avropanın super dövlətinə çevrilməkdədir. Bu baxımdan Rusiyanın əvvəlcə Gürcüstan, sonra isə Ukrayna ərazilərini işğal etməs ilə Avropaya əmələ gələn yeni təhlükə Almaniyanın sürətlə silahlanmasına  yeni təkan verib. Bunu Almaniyanın müdafiə naziri Ursula fon der Lyayenin mətbuata verdiyi açıqlama da bir daha sübut etməkdədir. Belə ki, Ursula fon der Lyayen bildirib ki, Almaniya silahlı qüvvələrinin sayını 200 min nəfərə qədər arıracaq. Bundan  əlavə orduda xidmət edən mülki mütəxəssislərin sayının da 60 min nəfərə qədər artırılması nəzərdə tutulub. Buna paralel olaraq Almaniya ordunun ən müasir hərbi silahlarla təmin edilməsi istiqamətində geniş tədbirlər həyata keçirməkdədir. Bəzi məlumatlara görə Almanyda hazırda elə bir müəssisə yoxdur ki, hərbi sifarişləri yerinə yetirməsin. Hərbi ekspertlərin fikrincə, Almaniyanın sürətlə silahlanma yolu tutmasını Hitlerin hakimiyyətə gəldiyi ilk illərlə müqayisə etmək  olar. O vaxt da Almaniyanın demək olar bütün iri sənaye müəssisələri hərbi sifarişləri yerinə yetirməklə məşğul idilər.

Əslində Almaniyanın sürətlə silahlanmağa başlaması səbəbsiz deyil. Rusiyanın 2008-ci ildə Gürcüstana məxsus Cənubi Osetiyanı və Abxaziyanı işğal etməsi və bununla da  II Dünya müharibəsindən sonra beynəlxalq aləm tərəfindən tanınan sərhədləri dəyişdirmək niyyətində olmasını nümayiş etdirməsi Qərbi Moskva ilə münasibətlərə yenidən baxmağa məcbur etdi. Lakin O vaxt Qərb Rusiyanın bununla kifayətlənəcəyini ehtimal edərək Moskvaya qarşı sərt sanksiyalara əl atmadı və bununla da qarşı tərəfi yeni ərazilər işğal etməyə şirnikləndirdi. Yalnız Rusiyanın Ukrayananın əzəli əraziləri olan Krımı işğal etməsindən və ölkənin cənubunda separatçıları dəstəkləməsi, onlara hərbi texnika və canlı qüvvə baxımından yardımlar göstərməsindən sonra Qərbdə Putin rejiminə münasibətdə səhv etdiklərini başa düşdülər. Soyuq müharibənin başa çatması və SSRİ-nin dağılması ilə Avropaya gələn təhlükənin aradan qalxdığını güman edən başda ABŞ olmaqla Qərb ölkələri Rusiyanın yenidən Avropanı təhdid etməsinin qarşısını almaq üçün hərbi strategiyalarına yenidən baxmağa məcbur oldular. ABŞ-ın Avropanın təhlükəsizliyinin təmin edilməsində önəmli rolunu yenidən bərpa etməyə başlamasına paralel olaraq Almaniya da sürətlə silahlnma yolu tutdu. Hələ 2014-cü ildə Münhendə keçirilən təhlükəsizlik konfransında Rusiyanın Avropa üçün ciddi təhlükə mənbəyinə çevrilməkdə olduğunu uzaqgörənliklə müəyyən edən Almaniya prezidenti İoaxim Qauk: “Nəinki Avropanın, həm də dünyada təhlükəsizliyin təmin edilməsində Almaniya önəmli rol oynamalıdır. Çünki artıq ABŞ təkbaşına Avropanın təhlükəsizliyinə tam şəkildə təminat verə bilmir. Ona görə də başda Almaniya olmaqla onun qitədəki müttəfiqləri Şərqdən gələn təhlükəyə qarşı hərbi güclərini birləşdirməlidirlər “,-demişdi.

Bütün hallarda Rusiyanın beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalayaraq Krımı işğal etməsi və BMT tərəfindən tanınan dövlət sərhədlərini hərbi yolla dəyişdirmək niyyətində olduğunu nümayiş etdirməsi Qərbin Şərqdən gələn yeni böyük təhlükə qarşısında qaldıqlarını əyani şəkildə ortaya qoyub. Məhz Rusiyanın yeni işğalçılıq siyasəti Almaniya ilə ABŞ arasında hərbi əlaqələrin yeni müstəvidə inkişaf etməsinə, onlar arasında hərbi-strateji inteqrasiyanın güclənməsinə yol açdı. Halbuki Rusiyanın Ukrayanaya məxsus əraziləri işğal etməsinə qədər Berlin Moskva ilə daha sıx inteqrasiya tərəfdarı kimi çıxş edirdi. Gürcüstan ərazilərinin bir hissəsinin işğal edilməsindən sonra Tbilisinin və Kiyevin NATO-ya üzvlük istəyinə mane olan Almaniya o vaxt bununla da Rusiyanı yeni işğalçılıq siyasətinə şirnikləndirmiş oldu.

Siyasi müşahidəçilərin fikrincə, əgər 2008-ci ildə Gürcüstan ərazilərinin bir hissəsini işğal edən Rusiyaya qarşı ən sərt sanksiyalara əl atılsaydı və bu müstəvidə də ABŞ tərəfindən dəstəklənən Gürcüstan və Ukrayna NATO-ya üzv qəbul edilsəydi, onda bəlkə də Avropa bu gün Kremldən gələn qlobal təhlükə qarşısında qalmazdı. Almaniya səhv etdiyini yalnız 2014-cü ildə başa düşdü və bundan sonra NATO-nun Şərqi Avropa ölkələrindəki hərbi gücünün artırılmasının tərəfdarı kimi çıxış etməyə başladı.

 

ABŞ-dan Almaniyaya dəstək

Rusiyadan gələn hərbi təhlükənin yalnız Avropa ölkələrinin yardmı ilə qarşısının alınmasının mümkün olmadığını yaxşı anlayan Almaniya bu müstəvidə də Transatlantik tərəfdaşlığı layihəsi çərçivəsində Avropa Birliyi ilə ABŞ arasında azad iqtisadi zonaların yaradılmasının, hərbi-strateji, siyasi sahədə inteqrasiyanın ən yüksək səviyyədə təmin edilməsinin  tərəfdarı kimi çıxış etməyə başlayıb. Almaniyanın bu təşəbbüsünü yüksək qiymətləndirən ABŞ öz növbəsində Rusiyadan gələn təhlükəyə qarşı hərbi xərcləri artırmaq siyasəti yeritməkdədir. Bu çərçivədə də Pentqanonun (ABŞ müdafiə nazirliyi) təklifi ilə Rusiyadan gələn təhlükənin qarşısını almaq və Qərbdəki müttəfiqləri müdafiə etmək üçün Senat 2017-ci ildə hərbi xərclərin 3,4 milyard dollar artıırlması barədə qərar qəbul edib. ABŞ-ın hərbi analitik mərkəzləri Rusiyadan Avropaya gələn təhlükəyə qarşı Şərqi Avropa və Skandinaviya ölkələrində, o cümlədən Almaniya və Türkiyədə hərbi güclərin artırılması planını işləyib hazırlamışlar. Bu plana əsasən ABŞ Şərqi Avropa və Skandinaviya ölkələrində, o cümlədən Türkiyədə hərbi gücünü bir neçə dəfə artıracaq. Buna paralel olaraq ABŞ Uzaq Şərqdə Yaponiyanın simasında Rusiyaya qarşı yeni cəbhə açıb. Belə ki, ABŞ II dünya müharibəsinin nəticələrinə əsasən hərbi gücü məhdudlaşdırılan Yaponiyanın üzərindən bu qadağanın qaldırıldığını bəyan edib. Nəticədə Yaponiya da Almaniya kimi sürətlə silahlanma yoluna qədəm qoyub. Yaponiyanın Saxalin və Kuril adalarına görə Rusiyaya qarşı ərazi iddialarını davam etdirməsini nəzərə alanda, onda bu, Moskva üçün Şərqdə ikinci cəbhə açılması anlamına gəlir. Necə deyərlər, Krımı işğal etməsinə görə Rusiya özünü nəinki iqtisadi sanksiyalara məruz qoyub, həm də iki hərbi güc mərkəzindən gələn təhlükə qarşısında qalıb.

 

Almaniyada yeni Şərq planı işə salınır

Almaniyaya gəlincə son hadisələr Berlinin II dünya müharibəsi ərəfəsində olduğu kimi Baltik ölkələrində hərbi cəhətdən daha da möhkəmlənmək və oranı özünün təsir zonasına çevirmək iştahasını daha da artırıb. Ümumiyyətlə, Almaniyada hazırda ölkənin dünyanın super güc mərkəzinə çevrilməsini arzulayan iki möqe mövcudur. Onlardan biri, eks kanslerlər  Helmut Kol və Herhard Şreder tərəfindən dəstəklənən qrup belə hesab edir ki, ölkənin güclü dövlətə çevrilməsi üçün Rusiya ilə dostluq münasibətləri davam etdirilməlidir. Bu mövqenin tərəfdarları Rusiyaya münasibətdə daha yumşaq mövqe nümayiş etdirirlər. Digər mövqe tərəfdarları isə Almaniyanın II dünya müharibəsindən sonra itirdikləri təsir dairələrinin yenidən bərpa edilməsini , o cümlədən Prübaltika ölkələrində, Şərqi Avropada, Ukraynada, Polşada hərbi, iqtisadi baxımdan möhkəmlənməsinin vacibliyini vurğulayırlar. Rusiyanın Ukrayna ərazilərini işğal etməsindən və Suriyada hərbi hava əməliyyatlarına başlamasından sonra Almaniyada sonuncu xətt tərəfdarlarının mövqeyi möhkəmləndi. Bir sözlə II Dünya müharibəsi ərəfəsində olduğu kimi Almaniya bu dəfə də üzünü Şərqə tərəf çevirərək oranı özünün təsir dairəsi altına salmaq planını həyata keçirməyə başlayıb. Bir sözlə Krımın işğalı Almaniyanın Şərqi Avropada, Pribaltikada, Ukrayna və Polşada əl-qol açmasına, onun hərbi baxımdan dünyanın ən güclü dövlətinə çevrilməsinə yeni təkan verib. Beləliklə də Almaniya yenidən Rusiyaya düşmən dövlətə çevrilib. Amma II dünya mühaibəsi ərəfəsi ilə müqayisədə Almaniya Rusiyanın özünə düşmən etdiyi Pribaltikla və Şərqi Avropa ölkələrində, o cümlədən Polşa və Ukraynada birbaşa hərbi müdaxilə yolu ilə deyil, onların arzusu ilə  hərbi baxımdan möhkəmlənməkdədir. Necə deyərlər Rusiyanın işğalıçılıq siyasəti Almaniyanı da iştahaya gətirərək onun yenidən Şərqə doğru üz tutmasına yol açıb. Buraya II dünya müharibəsindən sonra Rusiyanın işğalı altında qalan qədim alman toprpağı Köniqsberqin (Kalininqrad) geri qaytarılması üçün Berlinin hərbi, siyasi planlara malik olduğunu da nəzərə alanda yaxın illərdə Almaniya-Rusiya münasibətlərinin daha da gərginləşəcəyini ehtimal etmək olar. Bütün hallrda Krımı işğal etməklə Rusiya özünə qarşı yeni və güclü Almaniyanın ortya çıxması prosesinə təkan verib. Bu isə Moskvaya yaxşı heç nə vəd etmir…

BIR CAVAB BURAXIN