ALMAN HƏRBİ GÜCÜ YENİDƏN DİRÇƏLİR! – Soyuq müharibədən sonra ilk dəfə Rusiya sərhədində…

0
372

2097640

Yetmiş beş ildən sonra almanlar yenidən Litvaya qayıdırlar, ancaq bu dəfə müttəfiq kimi. Tramp administrasiyası müttəfiq ölkələrə təzyiqini artıraraq, müdafiə yükünün bir hissəsini onların üzərinə qoymağa çalışır. Bununla əlaqədar hazırda Almaniya diqqət mərkəzindədir. Əgər Almaniya regionun iqtisadi nüvəsidirsə və Vaşinqtonun irəli sürdüyü tələbləri yerinə yetirirsə, onda bu, onun tezliklə Qərbi Avropanın ən iri hərbi dövlətinə çevriləcəyi deməkdir.

Uzun müddət alman gücünün dirçəlməsinə qarşı ilk növbədə nasizm dəhşətlərindən sonra militarizmdən imtina edən almanların özləri razı olmayıblar. Lakin prezident Trampın Transatlantik siyasəti bəzi şeylərə münasibətdə almanaları yenidən fikirləşməyə məcbur edir.

ABŞ-dakı noyabr seçkilərindən sonra Tramp Amerikası və Putin Rusiyası arasında qalmış Almaniya özünü daha az qorunmuş hiss etməyə başladı.

Trampın NATO müttəfiqərinin hərbi xərcləri artırması çağırışları almanları yenidən bu məsələni müzakirə etməyə doğru itələyir. Silahlı qüvvələrin möhkəmləndirilməsi barəsindəki mövzu Berlin divarının çökməsindən sonra qaldırılmamışdı.

Yeni gələcəyin ortadakı bariz perspektivi Litvada görünür. Son bir neçə həftədir ki, oraya Bavariya motoatıcı batalyonu da daxil olmaqla, 500 alman əsgəri gəlib. Analitiklər bunu soyuq müharibədən sonra Rusiya sərhəddində ən iri miqyaslı alman hərbi əməliyyatı adlandırırlar.

Burada söhbət 20 ədəd “Marder” piyadaların döyüş maşını, altı “Leopard” tankından və 12 “Fuchs” və “Boxer” zirehli transpartyorundan ibarət olan Almaniya hərbi gücünün ciddi nümayişindən gedir. Almaniyanın rəhbərliyi altında Belçika, Niderland və Norveçin kiçik saydakı əsgər kontingentinin də iştirak etdiyi əməliyyat, öz istəklərindən əl çəkmək üçün Putinə bir işarədir. Amma çoxları Almaniya hərbi gücünün dirçəlməsindən ehtiyat edir. Buna cavab kimi ruslar Almaniyanın qaranlıq keçmişini xatırladırlar. XXI əsr hibrid müharibələri əsrdir. İlk sözlü atəşlər artıq açılıb.

Bu yaxınlarda Litva polisinə və həmçinin də Litva jurnalistləri və siyasətçilərinə alman əsgərlərinin 15 yaşlı yerli qızı zorladıqları barəsində təşkil edilmiş formada elektron məktublar yollanılıb. Litva hökuməti təcili olaraq bu ittihamları rədd edib, lakin bir neçə yerli qəzet və bloqlar bu məlumatı yaymağa macal tapıblar. İndi hakimiyyət bu qalmaqalın arxasında Rusiyanın dayanıb-dayanmadığını aydınlaşdırır.

Buna paralel rusiyapərəst saytlar Adolf Hitleri yada salmaqla yanaşı, NATO-nun Litva əməliyyatını “ikinci alman işğalı” kimi qələmə verərək, köhnə stereotiplərin üzərində oynayırlar. Onu da deyək ki, Rusiyanın iştahından qorxan keçmiş sovet respublikası olan Litva nasist irsini qədim tarix hesab edir. Litvadakıların əksəriyyəti üçün müasir Almaniya demokratik prinsiplərin dayağıdır. Rusiya təhlükəsi və NATO-ya əminliyin olmaması litvalıları Almaniyanın güclənməsini qəbul etməyə və ondan dəstək gözləməyə məcbur edir.

Ümumiyyətlə isə almanların əksəriyyəti bu cür perspektivlərdən narazıdırlar. Onların bir qismi ölkənin artıq məsrəfinin çıxmasını istəmirlər, digərləri isə yeni silahlanmanın başlayacağından ehtiyatlanırlar.

Almaniya ordusu Polşa və digər şərqi Avropa ölkələrində bir neçə hərbi təlim keçirib. Bundan başqa Almaniya təhlükəli əməliyyatlarda da iştirak edir. Onun əsgərləri Balkanlarda, Əfqanıstanda, keçən ildən isə Malidəki hərbi əməliyyatlara qatılıblar. Almaniya hərbçiləri həmçinin İŞİD-lə mübarizə aparan müttəfiqlərinə təchizat dəstəyi verir. Onlar öz işlərini bununla məhdudlaşdırmaq istəmirlər. 2014-cü ildə Almaniya hökuməti NATO-nun digər ölkələri ilə razılığa gəlib ki, on il ərzində öz Ümumi Daxili Məhsulunun 2%-dən çoxunu müdafiə sahəsinə xərcləməyə başlayacaq. Ancaq Almaniyanın 2016-cı ildəki hərbi xərcləri yalnız 1,2% olub.

Trampın qələbəsindən sonra müdafiə xərcləri barəsindəki mövzu alman siyasətçiləri və jurnalistləri üçün yeni aktuallıq qazanıb. Hərbi gücün möhkəmləndirilməsi ilə əlaqədar daha çox səslər ucalır. Keçən ay müdafiə nazirliyi bildirib ki, onlar 2024-cü il üçün silahlı qüvvələrdəki daimi heyətin sayını 200 min nəfərə çıxaracaq. Onların sayı indi tarixi minum həddindədir – 166 min 500 nəfər.

Kansler Angela Merkel həm soyuqqanlı olmağa və eyni zamanda da hərbi büdcəni artırmağa çağırır. Almaniya müdafiə naziri Ursula fon der Lyaen isə daha sərt ifadlər işlədir. Bu yaxınlarda o, Almaniyanın hərbi sferadakı məsuliyyətdən yayınmaq hüququ olmadığını deyib.

Almaniya özünün regional müttəfiqləri ilə birlikdə hərbi aktivliyi artırır. Belə deyək ki, alman əsgərlərinin Litvaya yollanılması Şərqi Avropada önləyici tədbirlərin alınması baxımından müttəfiq güclərin daha geniş təşəbbüsünün bir parçasıdır. Polşa, Latviya və Estoniyada yerləşdirilən kontingentlərdə əsas rolu amerikanlar, kanadalılar və britaniyalılar oynayır.

Almaniya ilə sərhədi olan bəzi olkələrdə və əsasən də Polşada alman hərbi gücünün dirçəlməsinə qarşı olanları görmək mümkündür. Onların mövqeyi əsasən İkinci Dünya Müharibəsindəki xatirələrlə bağlıdır. Ancaq köhnə düşüncələr tez itib gedir. Məsələn, götürək kiçicik Litvanı. 1941-ci ildə sovetləri vurub Litvadan çıxaran almanlar bu ölkəni işğal etmişdilər. Üçüncü Reyx Litvanı 1945-ci ilədək əlində saxlaya bilmişdi. Bu müddət ərzində onlar 200 min yəhudi öldürmüşdülər.

İkinci Dünya Müharibəsindən sonra Litva Sovet İttifaqının hakimiyyəti altına qayıtdı və soyuq müharibənin axırında isə müstəqillik qazandı. Sonradan Litva tamamilə Qərb istiqamətini seçdi və 2004-cü ildə isə burada yaşayan rusların böyük narazılığına baxmayaraq, Avropa Birliyi və NATO-ya daxil oldular.

İndi litvalılar onların qapısının astanasında dayanmış “ayıdan” daha çox qorxurlar. NATO hərbçilərinin yerləşdikləri kazarmadan təxminən on kilometr uzaqlıqdakı İonava şəhərində 1940-cı ildə nasistlər 200 mindən çox yəhudi öldürüblər. Amma buna baxmayaraq yerli şifahı tarix Almaniya işğalını ondan sonra gələn sovet dövrünə nisbətən daha yaxşı tərəfə işıqlandırır.

Hazırda Litvaya göndərilən alman hərbçilərinə xüsusi treninqlər keçirlər. Treninq zamanı onlara Litvanın faşist işğalına uğradığı bir dövrün olduğunu xatırladaraq, yerli əhali ilə ünsiyyət vaxtı ehtiyatlı davranmaq tövsiyə olunur.
Litvada xidmət edən və qəbul olunmuş qaydalara əsasən jurnalistlərə öz familiyasını söyləməkdən imtina edən alman ordusunun sıravi əsgəri 27 yaşlı Sebastyan deyir: “Mən özümü həmin tarixin – buraya əvvələr gələn almanların tarixinin bir hissəsi hesab etmirəm. Mən yalnız onu bilirəm ki, indi yeni soyuq müharibə kimi bir hal yaranıb və biz kömək göstərmək üçün buradayıq”.

(The Washington Post)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

14 − 5 =