Alimlər qan qrupunu dəyişməyin yeni üsulunu tapıblar

0
475

Britaniya Kolumbiya Universitetinin bir qrup alimi A, B və AB qan qruplarını 0 Rh(-) qan qrupuna çevirmək məqsədilə yeni üsul kəşf edib.

Tədqiqatı həyata keçirən alimlərdən biri – Stefen Vithers A, B və AB qan qruplarında immunitet tərəfindən tanınan fərqli şəkər molekullarının olduğunu deyib. Vurğulanıb ki, 0 Rh(-) qan qrupunda isə belə molekul yoxdur. 1980-ci illərdən bəri şəkər molekulları üçün “qayçı” funksiyasını yerinə yetirən metod üzərində işlənilir. Nəticədə insan bağırsağındakı bakteriyalardan istifadə edilməklə belə bir üsul kəşf olundu. Tədqiqat zamanı 20 min nəcis üzərində iş aparılıb və qan qruplarındakı şəkəri məhv edən ferment sinfi aşkarlanıb. Yeni üsulun tətbiqi üçün təhlükəsizlik testləri həyata keçiriləcək.AzərTAC

BIR CAVAB BURAXIN