Aleksandr Lukaşenko: Belarusu Şərqdən və Qərbdən təhlükə gözləyir

0
472

Belarus prezidenti Aleksandr Lukaşenko növbəti dəfə bildirib ki, ölkəsinə qarşı Şərqdən və Qərbdən təhlükə gözlənilir.

Arazinfo.com-un rambler.ru-ya  istinadən verdiyi xəbərə görə, Lukaşenko 2019 və 2020-ci illərin Belarus üçün önəmli illər ola biləcəyini vurğulayıb: “Qarşıdan gələn illər Belarusun siyası həyatında çoxlu hadisələrlə zəngin olacaq. Sağdan və soldan, Şərqdən və Qərbdən Belarusun müstəqilliyi və suverenliyi üçün  ciddi təhlükə gözlənilir. Amma heç kim bizi qorxuda və yolumuzdan döndərə bilməz”.

Xatırladaq ki, yanvar ayının əvvələrində Aleksandr Lukaşenko bəyan etmişdi ki, Rusiya iki ölkə arasında neft sahəsində vergilərlə bağlı kompensassiya məsələsində razılığa gələ bilməsə, onda Moskva Minskin simasında yeganə müttəfiqini itirmiş olacaq.