Ağ Evin üç əməkdaşı Trampın impiçmenti üzrə dinləmələrdə çıxış etməyəcək

0
434

Ağ Evin İnzibati Büdcə İdarəsinin üç əməkdaşı qarşıdakı həftədə ABŞ prezidenti Donald Trampın impiçmenti proseduru çərçivəsində Konqresin Nümayəndələr Palatasında keçiriləcək dinləmələrdə çıxış etməyəcəklər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi bildirib.

Qeyd edilir ki, Konqresin qanunvericiliyinin gündəliyinə tabe olmayacaq məmurlar arasında Ağ Evin İnzibati Büdcə İdarəsinin direktoru Rassel Vout, həmçinin direktorun iki köməkçisi Maykl Daffi və Brayan Makkormak da var.

Məlumata görə, Milli Təhlükəsizlik Şurasının əməkdaşı Aleksander Vindman oktyabrın 29-da Ağ Evin impiçment proseduru çərçivəsində dinləmələrdə iştirak edən ilk əməkdaşı olub.

Oktyabrın 8-də Ağ Ev Konqresdə demokratlara xəbərdarlıq edib ki, bu məsələdə onlarla əməkdaşlıq etməyəcək.

Arazinfo.com