ABŞ və Rusiya ordularının müqayisəsi – Kim daha güclüdür?  

0
702
usa x russia

Rusiya ilə ABŞ arasında mümkün hərbi konflikt barədə mətbuatda tez-tez müxtəlif rəylər səsləndirilir. Lakin istənilən halda, münaqişənin nəticəsindən asılı olmayaraq qlobal təhlükəsizliyə ciddi zərbə vuracağı hər kəs tərəfindən təsdiq olunur.

 

 

Mümkün müharibə zamanı ABŞ NATO üzvü kimi təşkilatdakı müttəfiqlərinin, ilk növbədə Böyük Britaniyanın yardımına ümid edə bilər. Rusiya isə bu situasiyada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərinə arxalanacaq.

 

ABŞ ordusu bütünlüklə professional hərbçilərdən formalaşıb və 1,430 milyon nəfərdən ibarətdir. Rusiya ordusunun daimi hərbçi sayı isə 766 min əsgər və zabitdən ibarətdir. Onların 60%-i müqaviləli, 40%-i isə müddətli hərbi qulluqçulardan ibarətdir.

 

ABŞ-ın aktiv rezerv ehtiyatları 850 min, Rusiyanın isə 2 milyon  nəfərdən ibarət olduğu açıq informasiya mənbələrində göstərilib. Bundan başqa, ABŞ-ın 6012 hərbi helikopteri, 2601 bombardumançı, 2271 qırıcı təyyarəsi var. Rusiyanın buna qarşılıq 1059 helikopteri, 1289 bombardumançı və 739 qırıcı təyyarəsi var.

 

Göründüyü kimi aviasiya sahəsində amerikalıların üstünlüyü həddən artıq nəzərəçarpandır. Digər tərəfdən, amerikalıların 13,5 min aerodromuna qarşı ruslar yalnız 1218 aerodromdan istifadə etmək imkanına malikdir.

 

Zirehli texnikaya gəldikdə, rusların bu sahədə üstünlüyü heç kimdə şübhə doğurmur. ABŞ-ın tank arsenalı 8325, ruslarda isə 15000 min tankdan ibarətdir. Pentaqon 25700 zirehli döyüş maşını, 1934 özüyeriyən artilleriya qurğusu, 1330 reaktiv atəş sisteminə malik olduğu halda, ruslarda zirehli döyüş maşınlarının sayı 27650, özüyeriyən artilleriya qurğularının sayı 5990, reaktiv atəş sistemlərinin sayı isə 3781 ədəd təşkil edir.

 

Hərbi donanma baxımından müqayisə edəndə isə ABŞ-ın aviadaşıyıcıların sayında mütləq üstünlüklərinin (10) olduğunu görə bilərik. Rusiyada yalnız 1 ədəd aviadaşıyıcı var. Eyni zamanda ABŞ-ın freqatlarının sayı 15, esminetslərinin sayı 62, sualtı qayıqlarının sayı isə 72-yə çatıb.

 

Rusiyanın sualtı qayıq arsenalı 79, freqatlarının sayı 4 və esminetslərinin sayı isə 13-dür.

Yekunda, iki ölkənin hərbi büdcələrini müqayisə etsək, Rusiyanın hərbi büdcəsinin 630 milyard dollar, Rusiyanın 76 milyard dollara çatacağı bildirilib. Vüqar İSMAYILOV /Modern.az

 

 

BIR CAVAB BURAXIN