ABŞ Suriyadan çıxmaqdan imtina edir – Şok

0
549

 


ABŞ İŞİD üzərində qələbədən sonra öz hərbi hissələrini Suriyada saxlamağı planlaşdırır.

Arazinfo.Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Vaşinqton Post” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzet ABŞ-ın İŞİD-in revanşından qorxduğunu bildirib:

“ABŞ Suriyada yeni səhvə yol vermək istəmir. İŞİD Suriyada öz təsirini hakimiyyətin olmamasından istifadə edərək qısa zaman ərzində yaymışdı və indi bu təkrarlana bilər. Digər tərəfdən hərbi hissələr İrana görə burada saxlanılacaq. Belə ki, Suriya Prezidenti Bəşər Əsəd bütün ölkə ərazisini ələ keçirə bilər, bu isə İranın qələbə qazanması deməkdir”.

Qeyd edək ki, hazırda Suriyada 500 ABŞ hərbçisi var. Onlar xüsusilə ölkənin şimalındakı kürdlərin təlimi ilə məşğul olur. Vaşinqton bundan öncə İŞİD-lə savaşdan sonra öz ordusunu Suriyadan çıxaracağını bildirmişdi.

 

 

BIR CAVAB BURAXIN