ABŞ Suriyadakı müttəfiqlərinə silah tədarükünə qoyduğu qadağanı ləğv edib

0
282

11

ABŞ prezidenti Barak ObamaSuriyadakı müttəfiqlərinə silah, sursat və döyüş texnikasının tədarükünə qoyulan qadağanı ləğv edib.

 

ABŞ-ın dövlət katibi və müdafiə nazirinə ünvanlanan müvafiq memorandum Ağ Ev tərəfindən dərc edilib.

 

“ABŞ-ın Suriyada terrorla mübarizədə keçirdiyi hərbi əməliyyatların dəstəklənməsində iştirak edən əcnəbi qüvvələr, yerli dəstələr, qruplar və ya ayrı-ayrı şəxslərə  müdafiə sənayesi məhsullarının və xidmətlərinin təqdim edilməsi və digər əməliyyatlar  ABŞ-ın milli təhlükəsizlik maraqları üçün mühüm əhəmiyyət kəsb edir”, – deyə sənəddə qeyd edilib.

 

Qeyd olunan yardımın göstərilməsi üçün dövlət katibi və müdafiə nazirinə Konqresi ətraflı məlumatlandıraraq razılığını almaq tapşırılıb.

 

Bundan əvvəl ABŞ Suriya müxalifətinə məhdud həcmdə silah-sursat tədarük edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

fifteen + 3 =