“ABŞ səfiri Robert Sekuta erməni təcavüzünü dəstəklədi”

0
600
 

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın diplomatik korpusun digər üzvləri ilə birlikdə ötənilki hərbi əməliyyatlar nəticəsində azad edilmiş torpaqlara səfərdən imtina etməsi regionda erməni təcavüzünü dəstəkləmək deməkdir. Bunu virtualaz.org-a Milli Məxclisin deputatı Fazil Qəzənfəroğlu deyib.

“Hər bir diplomat öz ölkəsinin siyasətinin daşıyıcısıdır. Hərgah, Amerika səfiri bu və ya digər şəkildə Azərbaycan torpaqlarını işğal etmiş ölkəyə dəstəyini nümayiş etdirib, deməli, ABŞ rəhbərliyində də bu məsələyə belə yanaşılır. Əgər Robert Sekuta Yerevanın xətrinə dəyməkdən bu cür qorxub azad edilmiş torpaqlara səfər etmirsə, ən azı Azərbaycanın ərazi bütövlüyünə dəstəyini bildirə bilərdi. Beynəlxalq səviyyədə normalara uyğun hal odur ki, hər hansı ölkədə akkreditasiya olunmuş diplomat həmin ölkənin suverenliyinə və sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşır. Bu səfər ABŞ-ın siyasi əxlaqının bir sınağı oldu və Vaşinqtonun Qarabağ münaqişəsində və Azərbaycanın ərazi bütövlüyü məsələsində ikiüzlülüyünü üzə çıxardı”, – deputat deyib.

BIR CAVAB BURAXIN