ABŞ prezidentinin Stalinə verdiyi məxfi məktubda Azərbaycan haqda nə yazılmışdı?..

0
998

Araşdırmaçı professor, keçmiş “KQB” polkovniki Rövşən Novruzoğlunun gizli xarici arxivlərdəki mənbələr əsasında hazırlanmış  və tezliklə kitab halında nəşr olunacaq “Ölüm hüceyrələri və ya genetik ölüm…” adlı tədqiqat  əsərində  əsasən  XX əsrin əvvəllərindən bəri həm Azərbaycanı işğal altında saxlayan SSRİ adlı Rusiya imperiyasının, həm də Böyük Britaniya, ABŞ kimi “modern” impeiyaların xüsusi kəşfiyyat qurumlarının Azərbaycan xalqının zəngin genefondu üzərində apardığı  vəhşi qətliam və zorakılıqlarla müşayiət olunan amansız və qeyri-insani gizli tədqiqatlarının üzə çıxardığı ağlagəlməz özəlliklərdən, eləcə də ölkəmizin ayrı-ayrı sirli məkanlarını soykökümüzdə iz buraxan qeyri-adi xüsusiyyətlərindən bəhs edilir. Məlum olur ki, adı çəkilən imperiyalarla yanaşı, əksər xarici dövlətlər də Azərbaycan insanının əsl genomundan qorxduğundan bu xalqı hər vasitə ilə əzməyə, məhv etməyə çalışıb və çalışmaqdadır…

Azərbaycanın bu ərazisindəki doğulan insanlarda  xərçəng sindromu qeydə alınmayıb…”  

 “…Tehran konfransının (1943-cü il) maraqlı, tarix üçün açılmayan və məxfi qrif altında saxlanılan pərdəarxası məqamları var. Müharibədən çıxacaq dünyanın Ruzvelt (ABŞ), Çörçil (Böyük Britaniya) və Stalin (Sovet İttifaqı) arasında bölünmə ehtimalından sonra ABŞ prezidenti T. Ruzveltin heç kəsin gözləmədiyi bir anda İ.Stalinə bağlı zərf verməsi beynəlxalq müşahidəçilərin böyük marağına səbəb oldu. Məsələn, İngiltərənin “Mİ-6” kəşfiyyat mərkəzi nə qədər cəhd etsə də,  məktubun məzmunu haqqında heç nə əldə edə bilmədi. Məktub ancaq İ.Stalinə aid idi. O da məktuba nəzər saldıqdan sonra qırmızı qələmlə vərəqin üstündə yazdı: “L.Beriya yoldaşa. Aydınlaşdırmaq üçün…”

Tehran konfransında iştirak edən kəşfiyyat polkovniki İ.D.Maqnitcki məsələyə münasibət barədə şəxsi qovluğu üçün yazır:

“…İ.Stalin yoldaşı məktubu açmağa qoymamağa çalışsaq da, bir şey alınmadı. O, artıq məktuba, yazılmış və səliqə ilə bükülmüş vərəqə əl vurmuş, açıb oxumuşdu. Biz ehtiyat edirik ki, amerikalılar hər an onu zəhərləyib sıradan çıxara bilərdilər. Bu, bizim üçün ehtimaldan çox, artıq həqiqət idi…

Məktubda nə yazılmışdı? ABŞ Prezidenti cənab T.Ruzvelt İ.Stalin yoldaşdan Azərbaycandakı Qızılbulaq ərazisini istəyirdi. T.Ruzvelt xahiş edirdi ki, həmin ərazidə işləmək üçün Amerika alimlərinə şans verilsin. Amerika alimlərinin Qızılbulaq ərazisində elmi-tədqiqat işləri üçün ABŞ prezidenti külli miqdarda pul təklif edir, laboratoriyaların tikilməsi üçün vəsaitin də ayrılacağını bildirirdi. Amma İ.Stalin yoldaş buna razılıq vermədi…”

Polkovnik İ.D.Maqnitski bunu da qeyd edirdi ki, L.Beriya Qızılbulaq ərazisi ilə bağlı iki gün Azərbaycana zəng etdi, M.C.Bağırovla danışdı. Məlumat üçün bildirim ki, Qızılbulaqla bağlı L.Beriya-M.C.Bağırov danışıqlarını əks etdirən sənədlər 2003-cü ilin iyun ayının 27-də Moskvada nəşr olunan “İzvestiya” qəzetinin məlumatına görə, Moskvada Tarix İnstitutunun arxivindən oğurlanıb yoxa çıxdı(Mövzumuz  olmadığından bununla bağlı ətraflı danışmırıq).

   “Qızılbulaqdan Ayın üstündəki Allaha məxsus 99 ad  görünür”?..

Araşdırma materiallarına görə, bu günədək Qızılbulaq ərazisində doğulan insanların genetikasında xərçəng sindromu, xərçəng xəstəliklərinin əlamətləri qeydə alınmayıb. Bu, möcüzə olaraq qalır. O vaxt ölkə başçısı N.S.Xruşşov Kremldə keçirilən müşavirədə etiraf etmişdi:

“…Siz bilmirsiz (yəni müşavirə iştirakçıları), Qızılbulağı Moskvaya köçürərdim…”

Bu fikirləri MN-nin həkimi, professor mikrobioloq  N.N. Muxin öz şəxsi qovluğundakı 11 saylı “Məxfi arayışı”nda yazırdı.

Məxfi qovluqlarda Qızılbulaqla daha maraqlı və bizim üçün ciddi nəticələr verə biləcək məqamlar var. Məsələn, Qızılbulağı tədqiq edən və şəxsən L.Beriya üçün arayış yazan akademik  İ. İ. İvanov IX əsrin tanınmış səyyahı və ilk əczaxana açan həkim Bağdadcahan Yəmən Əl Qasimiyə istinad edərək yazır ki, Qızılbulaqdakı Ay daha aydın göründüyündən hər ilin mart, aprel və may aylarında bu yerlərə dünyanın varlı adamları gələrdilər. Onlar bu torpaqda sədəqə paylayır, sübhədək namaz qılıb ehsanlar verir, toy çaldırırdılar.

Akademik yazır:

“…Qızılbulaqda mən də oldum. N.S.Xruşşovun təkidilə getdim. Özümlə müxtəlif regionlardan gələn beş alim-tədqiqatçı ilə getdim. Mən artıq Qızılbulağa daha yaxından bələd olmağa başladım. Alimlər sübhədək oyaq qalırdılar. Onlar Ayın üstündəki xətləri (biz ona ləkə deyirdik) min bir cəhdlə oxumağa çalışırdılar. İlk dəfə dünya alimləri Qızılbulaq ərazisindən Ayın üstündəki yazılanları oxudular.

Bu, Allahın 99-müqəddəs adı idi… Ayın üstündə Allahın 99 adı yazılıb… Digər tərəfdən, belə bir qərara gəldik ki, dünyanı məhvərindən çıxmağa, onu dağılmağa da qoymayan Ayın üstündəki Allahın 99 adlarıdır. Ay və onun səthindəki 99 müqəddəs ad və işarələr dünyanı parçalamaqdan, dağılmaqdan qoruyan ən güclü atribut olaraq qalır…”

Məlumata görə, N.Xruşşov Qızılbulaq haqqında daha geniş materiallar oxumaq istəyirdi. Lakin çoxsaylı materiallardan aydın olur ki, Moskva Azərbaycan genetikasından çox ehtiyat edirdi. Nə üçün? Çünki Azərbaycanı kor, kar və lal saxlamaq, onu müti və qul kimi, köləvə nökər psixologiyası altında saxlamaq, onun genetik kodlarının oyanmaması üçün bütün imkanlardan istifadə etmək Moskvanın əsas məqsədlərindən biri olaraq qalırdı. Alimlərimiz, tədqiqatlarımız isə susurdular…

(Davamı var)

Təqdim etdi: Sultan Laçın