ABŞ Moskva səfirliyindəki qadın casusu deşifrə etdi

0
544

ABŞ əks-kəşfiyyatı Vaşinqtonun Rusiyadakı səfirliyində Moskvanın xeyrinə casusluqla məşğul olan qadını aşkar edib.

Bu barədə məlumatı “Qardian” qəzeti yayıb. Qəzet qadın casusun 10 ildən çox müddətdə səfirlikdə işlədiyini bildirib. Belə ki, o, ABŞ Məxfi Xidməti tərəfindən səfirlikdə vəzifəyə təyin edilib və fəaliyyət dövründə məxfi sənədlərə giriş imkanına sahib olub. Onun giriş imkanı olduğu sənədlər arasında ABŞ Prezidenti Donald Tramp və vitse-prezidenti Mayk Pensin iş qrafikləri də olub.

Qadın casus əks-kəşfiyyatın diqqət dairəsinə 2016-cı ildə düşüb, lakin onu dərhal vəzifədən qovmayıblar. O, yalnız ABŞ-ın bir sıra diplomatlarını Moskvadan çıxardığı zaman – 2017-ci ilin yayında vəzifəsindən kənarlaşdırılıb.

Əks-kəşfiyyat qadının Rusiya Federal Təhlükəsizlik Xidmətiylə görüşlər keçirdiyini güman edir.

BIR CAVAB BURAXIN