ABŞ-la münasibətlər belə davam edə bilməz

0
167
Əgər Rusiyadan S-400 zenit-raket kompleksləri almasilə əlaqədar Türkiyəyə sanksiyalar tətbiq edilərsə, onda Ankara da ABŞ-a qarşı cavab tədbirləri görəcək.
Arazinfo.com  azvision.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Anadolu agentliyinə müsahibəsində deyib.
Bildirib ki, ABŞ-ın digər ölkələrin də Rusiyaya qarşı sanksiyalara qoşulmasını tələb edən yanaşması qəbuledilməzdir və Türkiyə Vaşinqtonun tələbilə hərəkət etməyəcək.

“Biz ABŞ-la Rusiya arasında problemlər olduğunu görürük. ABŞ sanksiyalarla bağlı qərarı seçkilərə müdaxilə üzündən qəbul ediblər. Əgər mənim kiminləsə pis münasibətim varsa, məgər hamıya zəng edib “onunla dost olmayın” deyəcəm? Sizcə, bu mümkündürmü? Ona görə də biz bunu qəbul etməyəcəyik. Biz S-400alırıq, siz isə buna görə bizə sanksiyalar tətbiq edirsiniz? Bu cür yanaşma ilə münasibətləri davam etdirə bilməzsiniz. Əgər sanksiyalar olarsa, biz cavab verəcəyik.”- deyə Çavuşoğlu bəyan edib.

Qeyd edək ki, ötən ilin dekabrında Türkiyə “S-400” zenit-raket komplekslərini almaq üçün Rusiya ilə kredit müqaviləsi imzalayıb. Türkiyənin müdafiə sənayesi üzrə müşaviri İsmayıl Dəmir Rusiyanın “S-400” sistemlərinin 2019-cu ilin 29 iyulunda ölkəyə gətiriləcəyini deyib.

Lakin ABŞNATO rəhbərliyi Türkiyənin Rusiyadan “S-400” raketdən müdafiə kompleksləri almaq istəyini dəfələrlə pisləyərək, bunun alyansın ümumi müdafiə sistemi ilə uzlaşmadığını bildirmişdilər. Vaşinqton hesab edir ki, “S-400” sistemlərinin alınması Türkiyəyə “F-35” qırıcılarının verilməsinə mənfi təsir edə bilər.

ABŞ Konqresinin 2019-cu maliyyə ili üçün Pentaqonun büdcə qanun layihəsində isə vurğulanır ki, Pentaqon Ankaranın Rusiya istehsalı olan “S-400” zenit-raket kompleksləri alması haqqında xüsusi hesabat təqdim etməsə, ABŞ müdafiə naziri Türkiyəyə amerikan silahlarının verilməsini təsdiq edə bilməz. Buna baxmayaraq, Pentaqon 21 iyunda 2 ədəd beşinci nəsil “F-35” tipli çoxfunksiyalı qırıcı təyyarəni Türkiyəyə təhvil verib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

ten + thirteen =