ABŞ kəşfiyyatı “Rusiyanın haker hücumunun arxasında duranları müəyyən edib”

0
345

  • Composite image of Donald Trump and James ClapperImage copyrightGETTY IMAGES/AP
Image captionABŞ kəşfiyyatının rəsmiləri cümə axşamı günü cənab Trampa hücumlar barədə məlumatlar verib

ABŞ-da noyabr ayında Donald Trampın qalib gəldiyi prezident seçkisinə iddia olunan haker hücumunun arxasındakı Rusiya agentlərinin müəyyən edildiyi xəbər verilir.

Adları çəkilməyən agentlərin seçkini Trampın xeyrinə dəyişmək məqsədilə Demokratik Partiyadan oğurlanmış elektron məktubları WikiLeaks saytına göndərdikləri iddia olunur.

Rusiya seçkiyə müdaxilə etdiyini, WikiLeaks-in qurucusu Julian Assange isə informasiyanı Moskvadan aldığını inkar edirlər.

ABŞ kəşfiyyatı Rusiyanın müdaxiləsinə şübhə etdiyini bildirən Trampı az sonra tapıntılar barədə məlumatlandıracaq.

ABŞ-da bir çox rəsmilər, o cümlədən vitse-prezident Joy Bayden Trampı kəşfiyyat orqanlarına şübhə ifadə etdiyinə görə tənqid edirlər.

CNN, Washington Post və NBC News bildirirlər ki, ABŞ kəşfiyyatının ələ keçirdiyi yazışmalarda Rusiya hökumət rəsmiləri Trampın qələbəsini bayram ediblər.

Kəşfiyyat həmçinin Demokratik Partiyadan oğurlanmış e-maillərin Wikileaks saytına ötürülməsində aralıq mərhələdə olanları aşkar ediblər.

Kəşfiyyat hesabatının məxfi olmayan variantı ictimaiyyətə gələn həftə açıqlanacaq.

Hillary Clintonun kampaniyasının meneceri John Podesta hücumların hədəfi olubImage copyrightREUTERS
Image captionHillary Clintonun kampaniyasının meneceri John Podesta hücumların hədəfi olub

Cənab Tramp nə deyir?

Cənab Tramp dəfələrlə Rusiya hökümətinin hücumların arxasında olduğuna dair iddiaları inkar edib.

O ötən həftə haker hücumu barədə məlumatları açıqlayacağını deyib.

Onun inaqurasiyası yanvarın 20-də baş tutacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

1 × 1 =