ABŞ-ın rəhbərlik etdiyi koalisiya İŞİD-in “paytaxtı”na hücuma hazırlaşır

0
575

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyanın Rəqqa şəhərində İŞİD terror qruplaşmasına qarşı əməliyyat hazırlığına başlayıb.

Bu barədə Parisdə ABŞ-ın müdafiə naziri Eşton Karter bildirib.

“Biz tərəfdaşlarımızla Rəqqanın təcrid edilməsi üzrə əməliyyat üçün zəmin yaratmağa başlamışıq”, – deyə Karter koalisiya ölkələrinin müdafiə nazirlərinin görüşündən sonra mətbuat konfransında qeyd edib.

Fransa MN rəhbəri Jan İv Le Drian Rəqqada İŞİD-ə qarşı əməliyyatın mümkün vaxtı və şərtləri barədə danışmaq hələ tez olduğunu bildirib: “Hər şey əvvəlcədən hazırlanmış plan üzrə gedir”, – deyə o qeyd edib.

BIR CAVAB BURAXIN