ABŞ-ın keçmiş dövlət katibi İraqa hərbi müdaxilənin əsl məqsədini açıqladı

0
520
 

ABŞ-ın İraqa 2003-cü ildə hərbi müdaxiləsinin əsl məqsədi ölkədə demokratiyanın bərqərar edilməsi deyil, Səddam Hüseynin devrilməsi idi. Virtualaz.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi, 2001-2005-ci illərdə milli təhlükəsizlik üzrə prezident müşaviri vəzifəsində işləmiş Kondaliza Rays deyib.

“Biz İraqa ona görə girmədik ki, demokratiya gətirək. Biz İraqa girdik ki, Səddam Hüseyni devirək… Bu, təhlükəsizlik məsələsi idi”, – Vaşinqtondakı Brukinqs İnstitutunda çıxışı zamanı Rays bildirib.

O əlavə edib ki, ABŞ nə 2003-cü ildə İraqda, nə də 2001-ci ildə Əfqanıstanda demokratik rejimin sırınması məqsədilə hərbi güc tətbiq etmək niyyətində olmayıb. “Mən İraqda və Əfqanıstanda demokratiya qurmaq üçün prezident Buşa hərbi gücün tətbiq edilməsi barədə məsləhət verməzdim”, – Kondaliza Rays izah edib.

BIR CAVAB BURAXIN