ABŞ Ermənistanda hərbi mərkəz yaradır

0
516
 

ABŞ-ın dəstəyi ilə Ermənistanda hərbçilərin hazırlanması üçün müasir təlim mərkəzi yaradılır. “Russkiy dialoq” xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bildirib.

“Erməni sülhməramlı qüvvələrinin təlim mərkəzi amerikalı tərəfdaşlarımızın dəstəyi ilə yaxın aylar ərzində əsaslı şəkildə təmir ediləcək və yeni görkəm alacaq”, – o deyib.

Nazirin sözlərinə görə, mərkəzdə lazer atıcı trenajorları, kompleks təlim sistemi quraşdırılacaq ki, bunlar da əsgərlər üçün hərbi əməliyyatların tam realistik imitasiyasını yaradacaq.

Sarkisyan qeyd edib ki, mərkəzin təmirindən sonra erməni hərbçilər dünya standartlarına uyğun daha yaxşı şəraitdə təlim keçmək imkanı əldə edəcəklər.

Nazir onu da deyib ki, erməni sülhməramlı qüvvələri 4 ilə yaxın müddətdə Kosovodakı missiyanın tərkibində iştirak ediblər, hazırda isə Əfqanıstanda sülhməramlı əməliyyatda məşğuldurlar.

Bundan əlavə, ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz əlavə qeyd edib ki, bu proqram Yerevanla Vaşinqton arasında sıx hərbi əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Virtualaz.org

BIR CAVAB BURAXIN