ABŞ ermənilərə bu müasir hərbi sistemləri verdi – Gizli

0
587

ABŞ Dağlıq Qarabağdakı erməni işğalçı qüvvələrinə təmas xəttindəki mövqelərdə yerləşdirilmək üçün ən son texnologiyaya əsaslana kəşfiyyat-müşahidə sistemi ötürüb.

 

Bu sensasiyalı xəbəri Virtualaz.org ABŞ-ın “Nəşınl İnterest” dərgisinə istinadla yayıb. Sözügedən nəşrin erməni separatçılarının təbliğinə həsr olunmuş “Dağlıq Qarabağ daha bir müharbəyə hazırdır” başlıqlı məqaləsində deyilir ki, aprel döyüşlərindən sonra erməni tərəfi bütün təmas xətti boyu mövqelərini yenidən qurur, olduqca intensiv şəkildə möhkəmləndirir.

 

“Apreldə bizdə ön xəttdə kifayət qədər müşahidə kamerası yox idi. İndi biz təmas xəttindəki mövqelərimizdə müasir C4ISR sistemi quraşdırırıq, bu da bizə bütün təmas xətti boyu müşahidə aparmğa imkan verir” -Qarabağ separatçılarının “baş nazirinin” sözçüsü Artak Bəyləryan amerikalı jurnalistə bildirib.

 

Dərginin yazdığına görə, qondarma Dağlıq Qarabağ “hökuməti” təsdiq edir ki, bu qabaqcıl sistemin təmas xəttində yerləşdirilməsi Azərbaycan ordusunun “qəfil hücum ehtimalını xeyli azaldacaq”. Çünki həmin sistem imkan verir ki, yaxın və uzaqmənzilli kameraların köməyi ilə təmas xəttindən dərinliklərdə istənilən hərəkət qeydə alınsın. “Nəticədə Qarabağ qüvvələri müdafiəyə və əks hücuma hazırlaşmaq, öz qoşun hissələrini və texnikasını əvvəlcədən hazırlıq vəziyyətinə gətirmək imkanı əldə edəcək” – jurnal yazır.

 

Artak Bəyləryan amerikalı jurnalistlə söhbətində deyib ki, apreldə Azərbaycan hərbi üstünlüyünü bilirdi və bu səbədən həmlə etdi. Çünki o vaxt Rusiyadan sifariş edilən yeni silahlar gəlib çatmamışdı. İndi isə Bəyləryan deyir ki, ermənilər yeni silahlar əldə ediblər. Bəyləryanın fikrincə, Qarabağda yeni müharibə ilin sonlarında mümkün ola bilər.

 

Bəs ermənilərin Qarabağda təmas xətti boyu yerləşdirdikləri C4ISR sistemi nədən ibarətdir? Bu sistemi kim istehsal edir və ermənilər onu necə əldə edə bilərdi?

 

C4ISR ABŞ-ın aparıcı hərbi sənaye korporasiyası “Northrop Grumman” tərəfindən işlənib hazırlanıb və istehsal edilir. Abbreviaturası komanda, idarəetmə, kommunikasiya, kompüterlər, kəşfiyyat, müşahidə və yenidən kəşfiyyat sözlərinin baş hərflərindən götürülüb.  (Command, Control, Communications, Computers, Intelligence, Surveillance and Reconnaissance) C4ISR gələcəyin döyüş sistemlərinə (Future Combat Systems) aiddir və müasir müharibələrdə qoşunların idarə edilməsi, videomüşahidə və kəşfiyyatın aparılması, koordinatların müəyyən edilib komanda məntəqəsinə ötürülməsi və komanda məntəqəsindən alınan əmrlərin qoşun hissələrinə ötürülməsi vəzifəsini yerinə yetirir.

 

Rusiya, Çin, Hindistan kimi ölkələr də bu cür sistemlərin yaradılması üzərində iş aparırlar. Ancaq C4ISR məhz ABŞ tərəfindən işlənib hazırlanmış sistemdir və Birləşmiş Ştatlar ordusunda bu sistemə kompleks texniki xidməti Lokheed Martin şirkəti həyat keçirir.

 

“Northrop Grumman” şirkətinin saytında göstərilir ki, bu şirkət pilotsuz, pilotlu və kiber sistemlər üçün həllər və məhsullar, habelə bütün dünya üzrə kommersiya və hökumət müştəriləri üçün C4ISR sistemləri təklif edir. Kosmik aparatlar, lazer sistemlər və s. istehsal edir, illik dövriyyəsi 18.4 milyard dollardır.

 

Ermənistan aprel döyüşlərindən sonra Azərbaycanın qəfil həmlə ehtimalını azaltmaq üçün videomüşahidə sistemləri qurduqlarını hələ əvvəldən açıqlamışdılar. İndi isə belə məlum olur ki, bu sistemləri ermənilərə ABŞ ötürüb. Şübhəsiz ki, Ermənistan büdcəsinin imkanları ABŞ-dan bu cür qabaqcıl sistemi almağa imkan vermirdi və ola bilsin maliyyəni Amerikadakı erməni diasporu ödəyib.

 

C4ISR sisteminin komponentlərini hələ bu ilin yayında Ermənistan prezidenti Serj Sərkisyanın təmas xəttinin Füzuli istiqamətinə səfəri zamanı görmək mümkün idi. Sərkisyan Azərbaycan ordusunun apreldə işğaldan azad etdiyi Lələtəpə istiqamətində yerləşən erməni postlarından birinə baş çəkərək kompüter arxasından müşahidə aparan hərbçilərlə söhbətləşmişdi.

 

Bu yaxınlarda amerikalı həmsədr Ceyms Uorlik Rusiya mətbuatına verdiyi müsahibədə demişdi ki, ABŞ Qarabağ münaqişəsi tərəflərinə hərbi avadanlıqlar verir, ancaq bu “məhdud ölçüdədir və sırf müdafiə təyinatlıdır”. O zaman Uorlikin bu açıqlaması təəccüblə qarşılandı. Çünki ABŞ-ın Qarabağ münaqişəsi tərəflərinə silah – hərbi avdanlıq verdiyi haqda heç kim eşitməmişdi. Və indi belə görünür ki, Uorlik C4ISR sistemlərini nəzərdə tuturmuş…

BIR CAVAB BURAXIN