ABŞ-dan Moskvaya XƏBƏRDARLIQ: “Nə lazımsa edəcəyik!”

0
560

ABŞ-ın Suriyanın Haseke bölgəsində yerləşdirdiyi xüsusi təyinatlı güclər mövqelərindən geri çəkilib.

 

Publika.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb Suriya ordusunun kürd qüvvələrinin əlində olan Haseke bölgəsini bombalamağa başlamasıdır.

 

Amerika Müdafiə Nazirliyindən (Pentaqon) verilən məlumata görə, Suriyanın şimali-şərqindəki Haseke şəhəri və ətraf ərazini nəzarətdə saxlayan kürd gücləri (PYD) Bəşər Əsəd rejimi tərəfindən bombalandığı üçün ABŞ əsgərləri bölgədən ayrılıb. Amerika əsgərlərinin bombardmandan zərər görmədiyi bildirilir. Bölgədən geri çəkilən əsgərlərin sayı barədə məlumat verilməyib.

 

CNN kanalının xəbərinə görə, Pentaqon Suriya rejiminin hücumlarından narahatdır. Pentaqonun sözçüsü Jeff Devisin sözlərinə görə, bombardman başlayanda qurudakı koalisiya gücləri Suriya təyyarəsi ilə radio kanalı vasitəsilə əlaqə yaratmağa çalışıb, lakin cavab ala bilməyib. Bundan sonra Amerika hərbi heyəti daha əvvəl qurulan bir xəttin köməyi ilə dərhal Rusiya hərbi səlahiyyətlilərinə zəng edərək bombardmanın kimin tərəfindən edildiyini öyrənməyə çalışıb. Rusiya tərəfi hücumun onlar tərəfindən edilmədiyini bildirib. Amerika səlahiyyətliləri isə bildiriblər ki, hücumlar davam edəcəyi halda ABŞ quru qüvvələrini qorumaq üçün lazım olan hər şeyi edəcək.

 

ABŞ bundan sonra qırıcılarını bölgəyə göndərib. Lakin Suriya qırıcıları oradan çoxdan geri çəkilmişdilər.

 

Məlumata görə, Suriya Hava Qüvvələrinə aid iki ədəd SU-24 tipli döyüş təyyarəsi PYD-nin dörd fərqli mövqeyini vurub. Pentaqonun sözçüsü Devis Suriya güclərinin ABŞ güclərini vurmağa çox yaxın olduğu bir hadisənin baş verdiyini söyləyib. O, Suriya rejimini gələcəkdə bənzər hadisələrin yaşanmaması üçün xəbərdarlıq edib.

 

BIR CAVAB BURAXIN