ABŞ daha bir müttəfiqi ilə düşmən oldu – Ağ Evdən sərt bəyana

0
663

ABŞ Pakistana ciddi xəbərdarlıq edib.

Arazinfo.com-un Teleqraf.com-a istinadən xəbərinə görə, buna səbəb Pakistanın 10 ayliq ev dustaqlığından sonra islamçıların lideri Hafiz Səidi həbsdən azad etməsdir.

Ağ Evin bununla bağlı yaydığı bəyanatda bildirilir ki, Hafiz Səidin həbsdən azad edilməsi ciddi narahatliq doğurur: “Pakistanın Hafiz Səidə ittiham irəli sürməməsi və onu həbsdən azad etməsi bu ölkənin beynəlxalq terrorizmlə mübarizəyə və öz ərazisində terrorçulara sığınacaq verməməyə dair öhdəlikləri ilə bir araya sığmır. Əgər Pakistan Səidin qanuni şəkildə saxlanılması və ona ittiham irəli sürülməsini təmin etməzsə, bu ikitərəfli münasibətlərimizə və Pakistanın dünyadakı nüfuzuna zərbə olacaq”,

Qeyd edək ki, Hafiz Səid “Camaat-ud-Dava” təşkilatının qurucusu və lideridir. Bu təşkilat Pakistandakı “Ləşkəri-Taibə” islam qruplaşmasının siyasi qanadıdır. 2008-ci ildə Mumbaidə qanlı terror aktı tərədən və Hindistan tərəfindən ittiham edilən “Ləşkəri-Taibə” ABŞ və Rusiya tərəfindən də terrorçu təşkilat kimi tanınıb.

BIR CAVAB BURAXIN