ABŞ-da qeyri-adi hadisə: evli cütlük bacı-qardaş imiş

0
589

 

 

ABŞ-ın Missisipi ştatında qeyri-adi hadisə baş verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, övladları olmayan cütlük süni mayalanma üçün xəstəxanaya müraciət edib. Həkim cütlüyə DNT analizi verməyi məsləhət görüb. Nəticələrdən sonra həkimlər cütlüyün bacı-qardaş olduğunu üzə çıxarıb.
Xəstəxananın həkiminin dediyinə görə, bir qayda olaraq süni mayalanma ilə əlaqədar müraciət edən pasientlərdən DNT analizi götürülür. Laboratoriya işçiləri qadınla kişinin DNT analizlərinə görə təəccübləniblər, əvvəlcə onların qohum olduğunu sanıblar, amma analizlər onların bacı-qardaş olduğunu müəyyən edib.

 

Nəticələr barədə eşidəndə cütlük şok yaşayıb. Univeritetdə tanış olub evlənən cütlüyün hər ikisi övladlığa götürülübmüş. Onları övladlığa götürən ailə heç birinə əkiz bacı və qardaşı olduğunu deməyib, nəticədə olanlardan xəbərsiz əkiz bacı və qardaş ailə qurub.

 

Kəmalə

 

BIR CAVAB BURAXIN