ABŞ Ət-Tanfadan qoşunları gec çıxaracaq

0
635

ABŞ hərbçiləri Suriyadakı Ət-Tanf hərbi bazasını ən sonda tərk edəcəklər.

Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Amerikanın NBC telekanalı məlumat yayıb.

Məlumatda deyilir ki, Suriya, İraq və İordaniya sərhədlərinin qovşağında yerləşən Ət-Tanf hərbi bazası ABŞ üçün strateji önəm daşıyır. Bundan əlavə hazırda ABŞ-ın ali dairələrində bu hərbi bazanı tərk etmənin vacib olub-olmadığı barədə də diskussiyalar gedir. Belə ki, prezident Donald Trampın təhlükəsizlik məsələləri üzrə müavini Con Bolton ət-Tanfı tərk etmənin ümumiyyətlə əleyhinə çıxır. O belə hesab edir ki, Ət-Tanfln tərk edilməsi İranın Suriyadakı mövqelərini daha da zəiflədəcək.

Xatırladaq ki, hazırda Suriyada 3 min nəfər ABŞ hərbçisi var.