ABŞ Əfqanıstanda xüsusi təyinatlı güclərdən istifadə edəcək

0
480

ABŞ Əfqanıstandakı hərbi güclərinin sayını azaldacaq, amma xüsusi təyinatlı qüvvələrini orada saxlayacaq.

Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Military.com portalı Pentaqondakı mənbəyinə istinadən məlumat yayıb. Mənbə Military com-a bildirib ki, Əfqanıstandakı NATO və ABŞ  qoşunlarının komandanı general-leytenant Skot Miller bölgədəki 14 min nəfər hərbçidən 7 minini evinə göndərməyə hazırlaşır: “Yaxın 8-12 ay ərzində ABŞ Əfqanıstandan 7 min nəfər hərbçisini çıxarlacaq. Əvəzində Əfqanıstanda xüsusi təlim görmüş çevik qüvvələr saxlanılacaq. Bu çevik qüvvələrin vasitəsi ilə ABŞ Əfqanıstanda Talibana qarşı mübarizəni davam etdirəcək”.