AB-dən Britaniyaya daha bir zərbə – İngilis dili AB-dən çıxarılır

0
565

“AzPolitika” xəbər verir ki, Avropa Birliyi Hüquq Komissiyası Başçısı Danuta Maria Hübner, Birləşmiş Krallığın üzvlükdən ayrılması vəziyyətində İngilis dilinin AB rəsmi dilləri arasından çıxarılacağını bildirib. İngiltərədə AB referendumu sonrası çıxan qərar, Birliyin rəsmi dilləri ilə əlaqədar müzakirələrə da əks olundu. AB Hüquq Komissiyası Başçısı Polşalı Millət vəkili Danuta Maria Hübner, İngiltərənin Birlik üzvlüyünün sona çatdığı tarixdə İngilis dilinin rəsmi dillər arasından çıxarılacağını bəyan edib. İngilis dilinin İngiltərə tərəfindən rəsmi dil olaraq yazıldığı üçün ABŞ-da istifadə olunan 24 rəsmi dildən biri olduğunu ifadə edən Hübner, London rəhbərliyinin AB üzvlüyünün sona çatdığı tarixdə bu tətbiqin da bitəcəyini, beləcə İngilis dilinin AB-nin rəsmi dilləri arasından çıxarılacağını ifadə edib. İngilis dilini 28 AB üzvü ölkədən yalnız İngiltərənin rəsmi dil olduğunu vurğulayan Hübner,: “İngiltərə artıq AB üzvü deyilsə İngilis dili də rəsmi dil statusunu itirir.” deyə açıqlama verib.

Maliyyə işlərdən məsul AB Komissarı Günter Oettinger, daha əvvəl verdiyi açıqlamada İngilis dilinin Avropa Birliyi rəsmi dili olaraq qalacağını bildirmiş, Malta və İrlandiya nümunəsini vermişdi. Oettingerin, bu ölkələrin İngilis dilində danışdığı sözlərini xatırladan Hübner, İrlandiya və Malta dillərinin rəsmi İngilis dili olmadığını müdafiə edərək,İngilis dilinin yalnız İngiltərə tərəfindən rəsmi dil olaraq yazıldığını təkrarladı.

BIR CAVAB BURAXIN