Aaron Remzinin “Yuventus”a keçidi barədə razılıq əldə edilib

0
200
Londonun “Arsenal” futbol klubunun yarımmüdafiəşisi Aaron Remzinin Turinin “Yuventus” klubuna keçidi i ilə bağlı ilkin razılaşma əldə edilib.
Arazinfo.com-un  The Guardian-a istinadən verdiyi məlumatına görə, valliyalı futbolçu bu ilki futbol mövsümünün sonunda, yayda “Yuventus”la 5 illik müqavilə imzalayacaq. Remzinin  “Yuventus”da illik qazancı 8 milyon avro olacaq. Remzinin İtaliya klubuna keçidinə görə pul ödənilməyəcək. Belə ki, Remzinin “Arsenal”la müqaviləsi bu yayda başa çatacaq və o azad agent statusu alacaq. Bu mövsümdə “Arsenal”ın heyətində 24 oyunda meydana çıxan Remzi rəqib qapılarından 3 top keçirib və  qolla nəticələnən 6 ötürmə verib.