0
270

Cərimə meydançalarında elə avtomobillər var ki, neçə illərdir yağışın, qarın, günəşin altında qalaraq, tamamilə yararsız vəziyyətə düşüb. Avtomobil sahiblərinə, dünyasını dəyişmiş şəxslərin ailə üzvlərinə dəfələrlə məlumat verilsə də, nəqliyyat vasitələrinə yiyə çıxan tapılmır.

Burada xarici ölkələrin dövlət qeydiyyat nişanları ilə, əzilmiş və ya salamat, hətta motosikllər də var. Duracaqda dayanmaq ödənişlidir. Avtomobil sahiblərindən illərlə yığılan borc tələb olunmur, bununla belə nəqliyyat vasitələrinə heç kim yiyə çıxmaq istəmir.

Sahibləri razılıq vermədiyindən bu avtomobilləri nə çıxdaş etmək, nə də yararlı hissələrini satışa çıxarmaq mümkün deyil.

Dövlət Yol Polisi belə avtomobillərin sahiblərinə müraciət edərək bildirir ki, cərimə meydançalarını zəbt edən nəqliyyat vasitələrinin çıxdaş edilməsi üçün müraciət etsinlər. (Xəzər TV)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

three × five =