72 yaşında universitetdən məzun oldu-video

0
315

 

Kipr qazisi, keçmiş hərbiçi Mehmet Yılmaz Pekkaya 67 yaşında daxil olduğu Ankara Universiteti İlahiyyat Fakültəsindən 72 yaşında məzun olub.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pekkaya gəncinkən litseyi bitirdikdən sonra ali təhsil almaq üçün imtahan verib. O Hərbi Aviasiya Məktəbi ilə yanaşı Ankara Universiteti İlahiyyat fakültəsinidə oxumaq hüququ qazanıb. Atasının istəyi ilə Hərbi Avisasiya Məktəbini seçən Pekkaya İlahiyyat Fakültəsindən də qeydiyyatdan keçib.
Hərbi məktəbi bitirdikdən sonra hərbiçi olan Pekkaya palkovnik-leytnat rütbəsinə qədər yüksəlib. Yaşlanıb təqaüdə çıxdıqdan sonra keçmiş haqqından istifadə edərək Ankara Universitetinə yenidən baş vurub. Bununla da o 67 yaşında Ankara Universitetinin İlahiyyat Fakultəsində oxumaq üçün yenidən tələbələrlə eyni sırada oturub. 72 yaşında arzularındakı universitetdən məzun olub.
Əzmi və uğurlarıyla bir çox insana nümunə olan yaşlı adam hazırda özünü xeyriyyə işlərinə və kitab yazmağa həsr edib.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

two × 4 =