68 yaşlı qoca ayı ilə mübarizədən sağ çıxdı – İNANILMAZ

0
621

Türkiyənin Artvin vilayətində maraqlı hadisə baş verib.

Hadisə Şavşat rayonunun Şen kəndində qeydə alınıb.

 

Belə ki, kəndin kənarındakı meşəyə göbələk yığmağa gedən 68 yaşlı Nafiz Zengin xoş təsadüf nəticəsində sağ qalıb. O, meşədə göbələk yığarkən qəfil qarşısına ayı çıxıb. Yırtıcı ona hücum edərək qolunu və ayağını parçalayıb. Nafiz Zəngin bir neçə dəqiqə ayıya qarşı mübarizə aparıb. Lakin sonradan ayının uzaqlaşmasından sonra kəndə qaçaraq yaxınlarından yardım istəyib.

 

Təcili yardım tərəfindən Şavşat Dövlət Xəstəxanasına çatdırılan 68 yaşlı qoca ayının pəncəsindən xilas olmasını təsadüf adlandırıb: “Ayının üzərimə atılmasıyla yerə yıxıldım. Pəncələri ilə qolumu, ayağımı saxlamağa başladı. Ayının məni parlaçayıb öldürəcəyini düşünürdüm. Bir az ayıya qarşı mübarizə apardım. Dişlərini bədənimə keçirdi. Canımın ağrıması səbəbindən bağırmağa başladım. Bir neçə saniyə sonra ayı qorxaraq qaçmağa başladı. Beləcə ayıdan son anda qurtuldum. Allah məni yenidən ailəmə bağışladı”

BIR CAVAB BURAXIN