60 ildən sonra iki dost qardaş olduqlarını öyrəndilər

0
304

 
Adətən, qohumların, doğmaların neçə illərdən sonra bir-birini tapması və tanıması hallarına  hind filmlərində rastlaşmaq olar. Amma, indi belə bir hadisə real həyatda və Havay adalarında baş verib.
Havay adalarının sakinləri Alan Robinson və Uolter Makfarleyn 60 ildən çoxdur ki, dostluq edirlər və təsadüfən məlum olub ki, onlar doğma qardaşdırlar.
 Moderator.az “New York Post”- a istinadən bildirir ki, Robinson və Makfarleyn 6-cı sinifdən dostluq edirlər, tanışlıqları isə lap ibtidai sinifdən başlayıb. Makfarleyn Robinsondan 1 il 3 ay böyükdür, o öz atasını heç vaxt görməyib, Robinson isə oğulluğa götürüldüyü üçün, ümumiyyətlə bioloji valideynləri haqqında məlumatı olmayıb.
Ayrılıqda hər iki dost qohum-əqrəbaları haqqında kiçik informasiya əldə etməyə cəhd etsələr də nəticəsiz qalıb. Bu yaxınlarda Makfarleyn qərara alır ki, DNK testi vasitəsi ilə atasını axtarsın. Analizin nəticələri üzə çıxanda ailə oxşar DNK –nın  Robi 737 adı ilə olduğunu  öyrənib.  Deməyəsən, həmin DNK  Alan Robinsona məxsus imiş və o da DNK vasitəsi ilə atasını axtarırmış.
Bir qədər sonra məlum olub ki, onların bir anası var. “ Bizimlə baş verənlər sadəcə  nəfəs kəsicidir. Bu gözəl hiss qəlbimə necə hakim kəsilibsə hələ də bilmirəm nə qədər zaman keçməlidir ki, bu hiss azalsın. Bundan gözəl yeni il hədiyyyəsi olmaz” – Robinson deyib

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

three − two =