50 milyona görə SSRİ-dən qoparılan “Yeni Kaliforniya”: Xruşşovun Krım qərarının ŞOK SƏBƏBİ – VİDEO

0
293

50 milyona görə SSRİ-dən qoparılan “Yeni Kaliforniya”: Xruşşovun Krım qərarının ŞOK SƏBƏBİ

ABŞ əlində mövcud olun sənədlərə görə, Krım ərazisinə tamamilə iddia edə bilər.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda Kiyevdə keçirdiyi brifinqdə Ukrayna Ali Radasının deputatı Andrey Artemenko deyib.

Onun sözlərinə görə, işğal edilmiş Krımın ərazisi 1920-ci ildə sovet Rusiyasının ABŞ-dan aldığı kreditin təminatı idi və kredit ödənilməyib.

“1920-ci ildə Rusiya ABŞ hökumətindən 50 milyon dollar ölçüsündə kredit aldı. Krım bu kredit üzrə təminat idi. Müqaviləyə əsasən, kredit və kredit üzrə faizlər ödənilməyəcəyi halda yarımada ABŞ-a keçməli idi. 1954-cü ildə alınmış kreditin ödənilməsi vaxtı başa çatıb. Yeni Kaliforniya adlı layihə mövcud idi. Dostlar, əgər kim bilmirsə bilsin, Yeni Kaliforniya Krım ərazisidir. Əminəm ki, Krım məhz muxtar respublika statusunda kredit üzrə hesablaşmadan qaçmaq üçün Ukraynaya verilmişdi”, – Artemenko bildirib.

Daha əvvəl yayılan məlumata görə, Andrey Artemenko ABŞ prezidenti Donald Tramp administrasiyasına Ukrayna üzrə yeni plan təqdim edib. Ukrayna-Rusiya münasibətlərinin normallaşması əsas hədəf olan plan Rusiya qoşunlarının Ukraynanın şərqindən çıxarılmasını və ümumukrayna referendumunun keçirilməsini nəzərdə tutur. Referenduma Krımın 50 və ya 100 ildə Rusiyaya “icarə”yə verilməsi haqqında sual çıxarılacaq.

Qeyd edək ki, Krım 1954-cü ildə SSRİ MK birinci katibi Nikita Xruşşov tərəfindən Ukraynanın Rusiyanın tərkibinə daxil olmasının 300 illiyi münasibətilə Ukraynaya verilib. 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilərək yenidən Rusiyaya birləşdirilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

five × 3 =