0
770

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda 16 nəfərin donuz qripinə yoluxmasına dair xəbər yayıb.

 

Medicina.az xəbər verir ki, təşkilatın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi və Avropa Bürosu aparılan laborator yoxlamalar nəticəsində Azərbaycanda 16 halda A/H1N1virusuna (donuz qripi) yoluxma halının təsdiqini tapdığını bildirib.

Saytın əməkdaşı məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, Azərbaycanda donuz qripinə yoluxma qeydə alınmayıb.

ÜST-nin Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi və Avropa Bürosu Azərbaycanda 2019-cu ilin yanvar ayının ilk 3 həftəsi ərzində laborator yoxlamalar zamanı 82 nümunədən 42-də müsbət nəticə əldə edildiyi,  16 halda  A/H1N1 virusunun üzə çıxdığı barədə məlumat yayıb. Aşkarlanan virusların 5-i A/H3, 22-si A virusudur.

Hazırda donuz qripi kimi tanınan H1N1 virusunun törətdiyi qripə əvvəllər “ağır keçən qrip” deyirdilər. Xəstəlik donuzlar arasında daha çox yayıldığına görə isə donuz qripi adlandırırlar. Azərbaycanda hələ donuz qripindən xəstələnmə hadisəsi qeydə alınmayıb”. Bu barədə bir neçə gün əvvəl “Sputnik Azərbaycan”a açıqlamasında tibb elmləri doktoru, professor, K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev deyib.

Ümumdünya Səhiyyə Təşkilatı ile ilgili görsel sonucu

N.Quliyevin sözlərinə görə, müvafiq qurumlar tərəfindən Səhiyyə Nazirliyi ilə birlikdə virusa qarşı xüsusi tədbirlər görülür: “Keçən ilin oktyabr ayından virus xəstəlikləri ilə mübarizəyə dair nazirin əmri var. Nazirliyin nəzdində Taun Əleyhinə Mərkəz fəaliyyət göstərir ki, qış aylarında bu xəstəliklərə nəzarət etmək mümkün olsun. Baxmayaraq ki, qonşu ölkələrdə vəziyyət gərgindir, ancaq ölkədə epidemiya halında hər hansı bir virusun törətdiyi xəstəlik mövcud deyil”, – deyə baş pediatr qeyd edib.

Ä°lgili resim

Nəsib Quliyev

O, habelə diqqətə çatdırıb ki, donuz qripi dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda olub: “Amma heç vaxt epidemiya halını almayıb. Əvvəllər virusoloji müayinələr, müasir referens laboratoriyalar olmadığına görə, onların hamısını qrip və qripəbənzər xəstəliklər adlandırırdılar. Sonradan qriplərin tərkibi araşdırıldı. İndi donuz qripinə H1N1, ”quş qripi”nə H5N1 virusu deyilir”. Professor onu da əlavə edib ki, Azərbaycanda Ukraynada, Gürcüstanda olduğu kimi təhlükənin olması mümkün deyil.

Gürcüstanda isə donuz qripindən 20 nəfərin ölməsi laboratoriya şəraitində təsdiq olunub. Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Amiran Gamkrelidze ile ilgili görsel sonucu

Amiran Qamkrelidze 

Onun sözlərinə görə, son dörd həftə ərzində A (H1N1) virusunun yayılmasında azalma qeydə alınır: “Azalma yalnız yayılma baxımından deyil, xəstəxanaya yerləşdirilmə baxımından da müşahidə olunur. Azalma kəskin olmasa da, istənilən halda artım tempi yoxdur. Təcili tibbi yardım və 24 saat fəaliyyət göstərən tibb müəssisələrinə müraciətlərin sayı da azalır”.

A.Qamkrelidze deyib ki, donuz qripi ilə bağlı dəqiqləşdirilmiş məlumatlar qrip mövsümünün sonunda açıqlanacaq.

“Necə ola bilər ki, Gürcüstanla bu qədər miqrasiya olsun, bura bir xəstə keçməsin?”  Tibb elmləri doktoru, professor Adil Qeybulla isə yerli mediaya müsahibəsində  deyib ki, donuz qripi hava damcı yolu ilə yayılır və buna görə Gürcüstandan Azərbaycana da keçəcək: “Düzdür, bizdə statistika bəzən gizlədilir, amma hesab edirəm ki, buna ciddi yanaşılmalıdır. Yəni statistikaya, formal şeylərə yox, real nəticələrə baxılmalıdır”.

Azərbaycanda donuz qripinə yoluxma şübhəsi varmı? Professor cavab verir ki, rəsmi statistikaya görə, yoxdur, amma o, şübhələndiyini gizləmir: “Necə ola bilər ki, Gürcüstanla bu qədər miqrasiya olsun, bura bir xəstə keçməsin? Ona görə də istisna etmirəm. Yəqin ki, burada da olacaq. O ki qaldı rəsmi statistikanın bunu deyib-deməyəcəyinə, bəli, bu, sual altındadır”.

Professor bir məqamı – Azərbaycanda əhalinin immun sisteminin zəif olduğunu da xüsusi vurğulayır. O, bunu ərzağın aşağı keyfiyyətli olması, əhalinin stress altında yaşaması ilə izah edib.

Göründüyü kimi, xəstəliklə bağlı ziddiyyətli məlumatlar kifayət qədərdir.“Yeni Müsavat”