45 manata görə ana və övladını mağazada girov saxladılar

0
742
 45 manata görə ana və övladını mağazada girov saxladılar - Bakıda BİABIRÇILIQ
Bakı sakini Leyli Qəzibəyova geyim dükanı olan “Coco” dan şikayətçidir.
Bu barədə o Azad İstehlakçılar Birliyinin rəhbəri Eyub Hüseynova məktubla müraciət edib. O qeyd edib ki, 19.12.2017 tarixdə Xəqani küçəsi 21 ünvanda yerləşən “COCO” dükanına mal almaq üçün daxil olub:

“Övladımın 4 yaşı var və o da mənim yanımda idi. Uşaq çox sıxlıq olan dükanda manikenə toxundu, nəticədə maniken aşdı və pencəyin yaxasında olan dəmir broşka harasa toxunub bəzəklərdən ikisi qopdu.

Ancaq broşka qətiyyən qırılmadı.

İşçilər məni günahlandırdı və hər ikimizi dükandan buraxmayacaqlarını bildirdi.

Qopmuş düymələr üçün 45 AZN pul tələb etdilər. Hansı ki, bu kiçik plastmas (və ya şüşə) düyməcikləri istənilən yapışqanla bir dəqiqəyə asanlıqla yapışdırmaq olardı. Əslində dükanda bizi “həbs” edib 45 AZN-i tələb etdilər.
Mən məcbur olub 45 AZN ödədim, bu saat təxminən 15:00 idi. Mənə ödədiyim məbləğ müqabilində kassa çeki verilmədi, broşkanı selofana qoyub mənə verdilər.

Evdə atam bunu bildikdə broşkanı götürüb dükana getdi, broşkanın qiymət sənədini və düşən plastmasın qiymət sənədini tələb etsə də, heç bir sənəd göstərilməyib . Atam müdirdən broşkanın düşən bəzəyinin yapışdırılıb qaytarılmasını təklif edib 45 AZN-i tələb etsə də hələ ki, ödənilməyib.

Xahiş edirəm mənim istehlakçı hüquqlarımın təmənnasız qorunmasına köməklik edəsiniz, broşka qaytarılsın ,ödədiyim 45 AZN mənə verilsin”. Teref.info

BIR CAVAB BURAXIN