Formula 1 yarışlarının ilk qalibləri

0
298

Formula 1 yarışlarının ilk qalibi: Nino Farina

 

 Bakıda keçiriləcək növbəti Formula 1 yarışları ərəfəsində bu möhtəşəm idman oyunun ilk qalibləri ilə oxucularımızı tanış etməkdə davam edirik. Bu günkü sayımızda söhbət Formula 1 yarışlarının ilk qalibləri haqqındadır.

 II Dünya müharibəsindən sonra ilk Formula 1 yarışları 1950-ci ildə keçirildi. Bu yarışların qalibi  İtaliyanın məşhur pilotu Nino Farina oldu. 1906-ci ildə anadan olan Nino Farina  ilk dəfə yürüş avtomobilinin arxasına özünün xüsusi komandası ilə birlikdə yüksək təpəyə yarış zamanı əyləşdi və bu zaman özünü cəsarətli pilot kimi göstərə bildi.

Ötən əsrin 40-ci illərinin əvvəllərində Farina dairəvi yürüş üzrə keçirilən yarışlarda iştirak etməyə başladı. Bu məqsədlə Alfa-romeo yürüş maşınından istifadə edən Farina özünü artıq dünyanın lider pilotu kimi göstərməyə başlamışdı. O bu maşınla bir çox turnirlərdə qalib adını qazana bildi. Xüsusü ilə 1940-ci ildə Tripolidə keçirilən Qran-Pri yarışlarında Farina Alfa-romeosu ilə parlaq qələbələrindən birini qazandı. Müharibədən sonrakı illərdə hələ Formula1 yarışları başlamazdan əvvəl Farina əvvəlcə Monakoda, sonra isə Lozannada keçirilən Qran-pri yarışlarının qalibi oldu.

1950-ci ildə Formula  1 yarışları üzrə keçirilən dünya çempionatında iştirak edən Farina  böyük uğur əldə edir. O,6 mərhələli yarışdan 3-də qalib gəlir və ən yaxın rəqibi argentinalı Xuan Manuel Fanxionu 3 xal qabaqlayaraq dünya çempionu titulunu qazanır. Amma 1951-ci ildə keçirilən Formula 1 yarışlarında Farina çempion titulunu qoruyub saxlaya bilmir və yalnız lider Fanxioya deyil, həm də digərinə uduzaraq 3-cü nəticə göstərir. 1952-ci ildə keçirilən Formula 1 yarışlarında qələbə çalmaq üçün sükanın arxasına əyləşən Farina bu dəf ə Fanxionu qabaqlasa da son nəticədə yenə də çempion ola bilmir. O bu dəfə çempion olan komanda yoldaşı Alberto Askaridən azacıq geridə qalaraq yarışları 2-ci yerdə başa vurur.

1953-cü ildə Farina Formula 1növbəti yarışlarında bu dəfə 3-cü yeri tutur. Yarış zamanı Farinanın maşınının təkəri çıxsa da o yarışı uğurla başa vura bilir. 1953-cü ildə  Farina formula 1 yarışları zamanı qəza keçirərək zədə alır və yalnız iki ildən sonra yenidən maşının sükanı arxasında əyləşə bilir. Lakin zədələr özünü göstərir və o çətinliklə turniri başa vurur. 1956-cı ildə keçirilən Formula 1 yarışlarında Farina ABŞ-ın İndianapolis şəhərində keçirilən Qran-Pri  yarışlarında daha ağır məğlubiyyətə uğrayır və o hətta ilkin mərhələni belə başa vura bilmir. Formula 1 yarışları üzrə ilk dünya çempionu 1966-cı ildə Fransanın Böyük mükafatı uğrunda keçirılən yarış ərəfəsində yol qəzası nəticəsində faciəli şəkildə dünyasını dəyişir. Bununla belə Nino Farina Formula 1 yarışlarının ilk çempionu kimi adını bu yarışların tarixinə əbədi olaraq həkk etdirdi.

 

 Formula 1 yarışlarının 5 qat  qalibi: Xuan Manuel Fanxio

 

Formula 1 yarışları tarixində özünəməxsus bir iz buraxan pilotlardan biri də 5 dəfə dünya çempionu titulunu qazanan əfsanəvi  argentinalı Xuan Manuel Fanxiodur.

1911-ci ildə anadan olan Xuan Manuel Fanxio uçaq yaşlarından avtomobil yarışlarına böyük maraq göstərirdi. Hələ məktəbdə oxuyarkən avtomexanik peşəsini dərindən öyrənən Xuan Manuel Fanxio  yerli avtomobil yarışlarında həvəslə iştirak edirdi. Köhnə Ford V8 avtomobilində qısa müddətdə böyük uğurlar qazanan Fanxio bununla da Argentina hökumətinin diqqətini özünə cəlb etdi. 1940- cı ildə nəinki Argentinada, həm də dünyada istedadlı pilot kimi tanınan Fanxio Avropaya üz tutur. O  Alfa-romeo komandasının tərkibində Formula 1 üzrə dünya çempionatında iştirak edir. İlk dünya çempionatında Fanxio Farinaya cüzi fərqlə uduzaraq  yarışlarda ikinci yeri tutur. Amma növbəti ildə Fanxio ilk üç mərhələdə qalib gələrək çempion titulunu qazanır. Növbəti ildə də Fanxio çempion titulunu qoruyub saxlamaq niyyətində idi. Lakin növbəti dünya çempionatı ərəfəsində qəzaya düşür və yarışlarda iştirak edə bilmir. 1953-cü ildə keçirilən Formula 1 yarışları üzrə dünya çempionatında Fanxio Maserati yarış maşını ilə ikinci yerlə kifayətlənməli olur. Amma bundan sonrakı ildə Fanxio yenidən  dünya çempionu titulunu qazanır. O 6 mərhələnin hamısında qalib gələrək yarışların tarixində yeni rekorda imza atır. Bundan sonrakı illərdə dalbadal 3 dəfə dünya çempionatında qalib gələn Fanxio bununla da yeni rekorda imza atır. Özü də o bu qələbələri müxtəlif maşınlarla( Masarati, Mercedes, Ferrari) qazanır. Onun bu rekordunu yalnız 50 ildən sonra əfsanəvi pilot Şumaxer təzələyə bildi. O 1958-ci ildə İndianapolisdə keçirilən yarışlarda iştirak etmək üçün okeanın o tərəfinə gedir. Lakin ilkin mərhələdə uğur qazana bilməyərək yarışlardan kənarda qalır. Bununla belə həmin vaxt onun 47 yaşı vardı və o artıq bu yarışlarda iştirak etmək üçün qoca hesab edilirdi.Formula 1 yarışlarının 5 qat dünya çempionu 1995-ci il iyui ayının 17-də Buenos-Ayresdə dünyasını dəyişdi.

Formula 1 yarışlarının ikiqat qalibi: Alberto Askari

 

Formula 1 yarışlarının ikiqat qalibi Alberto Askari 1918-ci il iyul ayının 13-də anadan olub. O uşaq yaşlarından avtoidman oyununa maraq göstərirdi. Gənc yaşlarından günlərini maşının arxasında keçirən Askari 18 yaşından başlayaraq avtoidman yarışlarında iştirak etməyə başlayır.O hətta belə yarışlardan birində Maserati maşını ilə 9-cu yeri tutur. İkinci dünya müharibəsinin başlaması Askarinin arzularını gözündə qoyur. Müharibə vaxtında Askari Milanda maşın təmiri ilə məşğul olur. O bir daha yarışlarda iştirak etmək  istəmirdi. Lakın iş yoldaşı Luici  Villorezi onu yenidən yarışlarda  iştirak etməyə razı sala bilir. O ilk dəfə Misir kralının dəvəti ilə adı çəkilən ölkədə keçirilən yarışda iştirak edir və ikinci yeri tutur.

Askarı . 1948-ci ildə keçriilən Qran-Pri San-Remo yarışında iştirak edir və birinci yeri tutur. 1952-ci ildə keçirilən dünya çempionatında Askarı çempion titulunu qazanır. 1953-cü ildə Askari yenidən dünya çempionu titulunu qazanır və bununla da özünü mahir avtopilot kimi göstərir. Bundan sonra o arzu  edilən nəticəni göstərə bilmir. 1955-ci ildə keçirilən yarışlarda Askarı qələbənin demək olar bir addımlığında idi. Ancaq son anda o idarəetməni itirərək qəzaya düşdü və nəticədə çempionluğu əldən verdi. Elə 1955-ci il də onun həyatında son demək oldu. Yeni idman maşınını sınaqdan keçirərkən Askari idarəetməni itirərk qəzaya düşdü. Təcili yardımla xəstəxanaya aparakənAskari  yolda dünyasını dəyişdi. Beləliklə Formula 1 yarışlarının ikiqat qalibinin həyatı faciəli şəkildə başa çatdı.

Emin Axundov

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

twenty + 17 =