32 yaşlı gəlin evdən qaçıb – Video

0
525

Oğuzda 32 yaşlı gəlin evdən qaçıb.

Rayonun Səməd Vurğun kücəsi, 14 -də yaşayan Gulnaz Abışova 2 gün əvvəl günorta saatlarında evdən çıxıb və geri qayıtmayıb. 11 ildir Seymur Abışovla ailə quran və hazırda 2 övladı olan gəlin evdən dərzinin yanına getmək adı ilə çıxıb.

Seymur Abışov ailədə ciddi problem olmadığını deyir və həyat yoldşının hansı səbəbdən getdiyini bilmir. Gulnaz Abışovanın anası Məlahət Xəlilova deyir ki, son vaxtlar qızında narahatlıq hiss edib. Ancaq o, problemini danışmayıb.

Övladları 10 yaşlı Nicat və 6 yaşlı Ömər analarının qayıtmasını istəyir. Hadisə ilə bağlı rayon polis çöbəsinə məlumat verilib.


Daha tez məlumatlanm

BIR CAVAB BURAXIN