30 minə rus tankı aldı, içindən elə xəzinə çıxdı ki…

0
346


 

Böyük Britaniyadan olan kolleksioner aldığı köhnə tankın yanacaq çənindən qızıl tapıb.

“San” nəşri kolleksioner Nik Midin eBay vasitəsilə 30 min funt-sterlinqə köhnə T-54 tankı aldığını və özünün 150 adda hərbi kolleksiyasını bununla zənginləşdirdiyini yazıb. Ancaq zənginləşmə təkcə kolleksiya nümunəsi ilə məhdudlaşmayıb.

Nik Mid T-54-ü aldıqdan sonra döyüş sursatı qalıb-qalmadığını aydınlaşdırmaq üçün mexaniklə birgə onu əməlli-başlı yoxlayıb. Bu zaman isə T-54-ün yanacaq çənindən 5 ədəd qızıl külçə çıxıb. Qızıl külçələrin 2 milyon funt-sterlinq dəyərində olduğu açıqlanıb.

Midin qənaətinə görə, qızılları tanka İraq əsgərləri yerləşdirib. Belə ki, tank İraq ordusuna məxsus olub, 1991-ci il savaşında isə ingilis hərbçiləri tərəfindən ələ keçirilib və Böyük Britaniyaya gətirilib.

Mid qızıl külçələri polisə təhvil verib. Xəzinənin Londona aparılacağı gözlənilir.

Mid isə bundan narazı deyil. O bildirib ki, qızılları qaytarmasalar da, tank onda qalacaq.

Axar.az

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

5 × five =