Azərbaycan 13 aqroparkın yaradılmasına 98 mln. manat ayırıb

0
598

Azərbaycanda indiyədək 13 aqroparkın yaradılması üçün Sahibkarlara Kömək Milli Fondu (SKMF) tərəfindən 98 mln.manat həcmində vəsait ayrılıb.
“Report”xəbər verir ki, bunu bu gün Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, beynəlxalq maliyyə institutlarının yerli nümayəndəlikləri, sənaye parkları və sənaye məhəllələrinin rezidentlərinin iştirakı ilə keçirilən “Beynəlxalq maliyyə institutları ilə sənaye parkları və sənaye məhəllələri rezidentlərinin əməkdaşlıq imkanları” adlı tədbirdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.

Nazir müavini aqroparkların sənayenin prioritet istiqaməti olduğunu qeyd edib.Onun sözlərinə görə, 28 rayonda 42 aqroparkın təşkili ilə bağlı qərar verilib: “Azərbaycanda aqroparkların ümumi dəyəri 1,2 mlrd. manat təşkil edir. Aqroparklara 350 mln.manat dəyərində investisiya təşviqi sənədi verilib”.
N.Səfərov bildirib ki, Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir:”Sənaye parklarında 25 rezident çalışır.Təkcə Sumayıt Kimya Sənaye Parkında 13 rezident qeydiyyata alınıb.Növbəti rezidentlərlə danışıqlar davam etdirilir. Sumqayıt Kimya Sənaye Parkına 2,4 mlrd. dollar investisiya yatırılıb. Burada istehsalda və tikintidə ümumilikdə 7600 nəfər çalışır”.
Nazir müavini dövlət başçısının tapşırıqlarına uyğun olaraq qeyri-neft sektorunun inkişafı, yerli istehsalın və emalın genişləndirilməsi istiqamətində görülən işlər barədə də məlumat verib.N.Səfərov qeyd edib ki, 4 sənaye məhəlləsinin yaradılması ilə bağlı qərar verilib və hazırda bu istiqamətdə işlər görülür.

BIR CAVAB BURAXIN