0
279

Fanatı gecəyarı gizlincə məşhur aktrisanın otağına girdi

Aktrisa Fatma Girikin fanatı gizlicə onun otağına girib. Dünən “Yeşil Çam” aktrisası Fatma Girik prokurorluğa müraciət edib. O, şikayət ərizəsini gənclik illərində Beşiktaşdakı evinə girməyə çalışan bir gənc tapdıqlarını izah edərək başladı. Aktirsanın sözlərinə görə, çəkiliş meydançasında onu tez-tez bir şəxs gizlincə təqib edib. Kino ulduzuna uzun illər heyranlıq duyan fanatı bu yaxınlarda Bodrumdakı evini də tapıb. Fatma Girik bildirib ki, illər keçsə də, onu rahat buraxmayan fanatı evin yerini qonşulardan və mağazalardan soruşaraq öyrənib.

Girik ötən il xəstəxanada müalicə aldığı zaman fanatının gecə vaxtı onun otağına gizli girdiyini irəli sürüb. Girik gözlərini açanda həmin şəxsi qarşısında gördüyünü və çox qorxduğunu qeyd edib. Anası və bacıları gəldikdən sonra fanatının otaqdan dərhal çıxdığını və çıxarkən də ona bir məktub qoyduğunu etiraf edib.

Aktrisa onu təqib edərək rahatlığını pozan şəxsin cəzalandırılmasını istəyib. Hazırda Girikin şikayəti ilə bağlı istintaq aparılır.Publika.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

seven − five =