28 yaşına çatmamış ölən 26 məşhur – Lənətlənmiş “Club of 27”

0
611

28 yaşına çatmamış ölən 26 məşhur - Lənətlənmiş "Club of 27"

Dünya şöhrətli müğənnilər arasında elələri var ki, unudulmaz musiqiləri ilə çoxlarının qəlbində iz qoyublar. “Club of 27” adlanan qrupa daxil olan müxtəlif ölkələrdən olan istedadlı gəncləri yalnız bir cəhət birləşdirir. Bu da onların hamısının 27 yaşına çatdıqda ölməsidir.

Publika.az xəbər verir ki, “Club of 27” qrupuna daxil olan musiqiçilər müxtəlif səbəblərdən dünyasını dəyişib. Hətta bu mövzu dəfələrlə araşdırmalara çıxarılıb. İnsanlar düşünürdü ki, burada lənət var. Çünki qrupa daxil olanların böyük əksəriyyəti ya qəzaya düşür, ya yüksək dozada narkotik vasitə qəbul edirdi, ya da cinayətin qurbanı olurdu. Cinayətə qurban gedənlərin çoxluğu insanları düşünməyə vadar edirdi ki, “bu təsadüfdür, yoxsa gəncləri kimsə bilərəkdən öldürür?”.

28 yaşını görə bilməyən 26 məşhurun siyasını təqdim edirik:

1. Cim Morrison (The Doors) – (1943-1971)

İnfarkt diaqnozu qoyulub. Ölümündən sonra cəsədi ekspertizaya göndərilib.

 

2. Brian Cones (Rolling Stones) – (1942-1969)

Suda boğulub

 

3. Cimmi Hendrix – (1942-1970)

Yüksək dozada yuxu dərmanı içib. Psixoloji problemlərinin olduğu iddia edilsə də, yaxınları bunu inkar edib.

 

4. Kurt Kobeyn – (1967-1994)

Silahla özünü vuraraq intihar edib. Lakin hadisənin cinayət olduğu şübhəsi hələ də qalır.

 

5. Alexandr Başlacev – (1960-1988)

9-cu mərtəbədən özünü atıb.

 

6. Pete de Freitas (Echo and the Bunnymen) – (1961-1989)

Motosiklet qəzasında tanınmaz hala düşüb.

 

7. Sen Patrik Mak Keyb (Ink and Dagger) – (1972-2000)

Yüksək dərəcədə alkoqol qəbul edib.

 

8. Ceykob Miller – (1952-1980)

Avtomobil qəzası

 

9. D.Bon (Minutemen) – (1958-1985)

Avtomobil qəzası

 

10. Robert Conson – (1911-1938)

Ölüm səbəbi bilinmir, amma cinayətə qurban getdiyi istiqamətində fikirlər üstünlük təşkil edir.

 

11. Rudi Levis (The Drifters) – (1936-1964)

Yüksək dozada antidepresant həb qəbul edib.

 

12. Valentin Elizade – (1979-2006)

Cinayət

 

13. Ron “Pigpen” McKernan (Greatful Dead) – (1945-1973)

Alkoqol səbəbindən həzm sistemində güclü qanaxma başlayıb. Yatıb və oyanmayıb.

 

14. Alan Blind Ovl Vilson (Canned Heat) – (1943-1970)

Yüksək dozada narkotik maddə qəbul edərək intihar edib.

 

15. Linda Cones – (1944-1972)

Dayanmadan şokolad yeyərək komaya düşüb və oyanmayıb.

 

16. Jesse Belvin – (1932-1960)

Cinayətə qurban gedib.

 

17. Mia Zapata – (1965-1993)

Cinayet

 

18. Arlester “Dyke” Kristian (Dyke and the Blazers) – (1943-1971)

Silahla vurulma. Cinayət hadisəsi.

 

19. Dikki Prayd – (1941-1969)

Yüksək dozada yuxu dərmanı içib.

 

20. Bryan Ottoson (American Head Charge) – (1978-2005)

Yüksək dozada antidepresant

 

21. Baskvi (Gray) – (1960-1988)

Heroin və kokain istifadəçisi olub. Yüksək doza səbəbindən vəfat edib.

 

22. Jeremy Michael Ward – (1976-2003)

Yüksək dozada heroin qəbulu.

 

23. Kristen Pfaf (Hole) – (1967-1994)

Digərlərindən fərqli olaraq, səhvən heroin qəbul edərək ölüb.

 

24. Kris Bell (Big Star) – (1951-1978)

Avtomobil qəzasında həyatını itirib.

 

25. Emi Vaynhauz – (1983-2011)

Aşırı dərəcədə alkoqoldan öldüyü düşünülür.

 

26. Qarri Zeyn (Uriah Heep) – (1948-1975)

Yüksək miqdarda antidepresant qəbulu.

 

Könül Cəfərli

BIR CAVAB BURAXIN