Biliç Prosineçkini arxa plana atdı

0
622

“Vest Hem”dən qovulan Slaven Biliç fəaliyyətini yığmada davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 49 yaşlı çalışdırıcı Bosniya və Herseqovina millisini çalışdırmağa namizəddi.

 

Mehmed Bajdareviçlə yollar ayrıldıqdan sonra federasiya rəhbərliyi yeni baş məşqçi axtarışını davam etdirir. Əvvəlcə bu posta əsas namizəd kimi Robert Prosineçkinin adı çəkilirdi. Lakin Biliçin “Vest Hem”lə yollarının ayrılması Azərbaycan yığması ilə müqaviləsinin müddəti dekabrda başa çatacaq Prosineçkini arxa plana atıb. İndiki məqamda Bosniya və Herseqovina millisinin yeni baş məşqçisi olmağa əsas namizəd kimi Slaven Biliç göstərilir.

 

Federasiya rəhbərliyi təcrübəli çalışdırıcıya rəsmi təkliflə müraciət edib. Biliçin bosniyalılara necə cavab verəcəyi maraq doğurur. Danışıqların baş tutmasına mane ola biləcək iki məqam var. Birincisi, aqressivliyi ilə seçilən Biliç fəaliyyətini klublardan birində davam etdirməkdə daha maraqlıdı. İkinci məqam isə onun yüksək məvacib tələbidi. “Vest Hem”də ilə təxminən 4 milyon avro maaş alan mütəxəssisin bundan qat-qat az məbləğ qarşılığında Bosniya və Herseqovina millisində işləyəcəyi inandırıcı görünmür. Bununla belə, bosniyalılar Biliçdən cavab gözləyirlər.

 

Danışıqlar baş tutmasa, federasiya rəhbərliyi Prosineçki variantını yenidən ön plana çəkəcək.

 

BIR CAVAB BURAXIN