2039-cu ilin Üçüncü Reyx sikkəsinin sirri-video

0
696
Meksikada tapılan bir sikkə bütün dünyanı şoka salıb.

Arazinfo.com “Ölkə.Az”-a istinadən  xəbər verir ki, üzərində Üçüncü Reyxin simvolları olan pul 2039-cu ilə aiddir. Görəsən bu tapıntı paralel dünyaların mövcudluğundan bəhs edirmi?

Bəlkə bu sikkə dünyamıza başqa dünyadan-Almaniyanın İkinci Dünya Müharibəsində qələbə qazandığı, Üçüncü Reyxin bütün planeti tutduğu dünyadan gəlib? Bəlkə gələcəkdən gəlib?

Meksikalı Dieqo Aviles tikinti meydançasında tapdığı bu sikkə bir çox suallara səbəb olub.

Dieqo qeyd edir ki, tapdığı pulun reyxsmark (Üçünçü Reyxin pul vahidi) olduğunu, üzərindəki svastika və tarixi görəndə şok keçirib.
2039 rəqəmində 2 rəqəmi praktiki olaraq silinib. Amma Dieqo əmin edir ki, orada məhz 1 yox, 2 rəqəmidir. Bundan başqa o dövrün reyxsmarkları başqa görüntüyə sahib olub.

Sikkə gümüşdən hazırlanıb. Onun saxta və ya real olduğunu müəyyənləşdirmək üçün ciddi ekspertiza aparmaq lazımdır. Bundan başqa sikkənin üzərində svastika və tarixdən başqa hər iki tərəfdə yazı var. Qartal svastikalı hissədə “Nueva Alemania”, yəni “Yeni Almaniya” yazılıb. Meksikadakı kiçik qəsəbədə 2010-cu ildə cəmi 5 nəfər yaşayırdı. Onu isə 1920-ci illərdə alman miqrantlar salıblar.

Alternativ gələcəkdə isə bura böyük şəhərdir və öz pulunu buraxır. Tapılan sikkə 1943-cü ildə Almaniyada buraxılan reyxsmarka da oxşamır.
Pulun digər üzündə isə “Alies in einer nation”, yəni “hamı vahid millətdə” yazısı var. Bu yazı heç bir alman valyutasının üzərində olmayıb. Əgər bu sikkə saxtadırsa, niyə Üçüncü Reyxdə buraxılan sikkələrə oxşamır?

Başqa bir versiyaya görə, 1930-cu illərdə alman diplomatlardan hansısa Meksikanı müharibədə Almaniyanın tərəfini saxlamağa inandırmaq istəyib. Məhz bu zaman da sözügedən sikkələr buraxılıb. Amma Meksika müharibə zamanı 1942-ci ildə müttəfiqlərin tərəfinə keçir və Almaniyanın əleyhinə mübarizə aparır. Sikkələr isə zibilliyə atılaraq unudulur.

Hikmət Həsənov

BIR CAVAB BURAXIN