20 qəpiklik dərmanı məhlul şəklinə salıb 5 manata satırlar – Video

0
269

20 qəpiklik dərmanı məhlul şəklinə salıb 5 manata satırlar

rtıq 1 ilə yaxındır ki, apteklərdə yaraları yumaq üçün istifadə edilən “Rivanol” tozu satılmır. Onun əvəzinə isə ya başqa preparat təklif olunur, ya da hazır “Rivanol” məhlulu satılır.

“Qafqazinfo” Xezerxeber.az-a istinadən xəbər verir ki, hazırda satılan hazır məhlul 100 qramlıq qablardadır, qiyməti isə 5 manat 10 qəpikdir. Halbuki, toz halında olan “Rivanol”u 1 litr suya qatmaq mümkün idi. Qiyməti də indikindən dəfələrlə ucuz idi.

Apteklərdən bildirildi ki, toz halındakı “Rivanol” dərmanı tədarükçüsü olan firma tərəfindən ölkəyə gətirilmir. Ona görə də apteklərdən tapmaq mümkün deyil.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, dərman satışı ilə məşğul olan firmalar fərdi sahibkarlara məxsusdur. Bu səbəbdən hansı dərmanı gətirib-gətirməyəcəyinə də onlar özləri qərar verirlər. Yəni nazirlik bu işə qarışmır. Səhiyyə Nazirliyi yalnız dərmanların keyfiyyətini yoxlayır. Ölkəyə toz halında olan “Rivanol”un gətirilməməsinin səbəblərini öyrənmək üçün dərman firmanları ilə də əlaqə saxladıq. Lakin hər biri mövqe öyrənmək üçün başqa bir firma ilə əlaqə saxlamalı olduğumuzu deyərək cavab vernəkdən yayındılar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

three × five =